
Qoç
Tələsməsəniz, bir çox işin öhdəsindən gələcəksiniz. Ehtiyatlı olun, xırdalıqlara fikir verin — onların əhəmiyyəti böyük olacaq. Artıq riskdən yayın, amma məsuliyyəti başqalarının üzərinə atmağa da çalışmayın. Qərar verərkən öz təcrübənizə və intuiziyanıza güvənin.
Günün ikinci yarısında bir çox Qoç vacib maliyyə məsələlərini yoluna qoyacaq. Alış-verişlər uğurlu olacaq və xeyli sevinc gətirəcək. Yaxın insanlarla münasibətlər xüsusi əhəmiyyət kəsb edəcək. Ürəyinizdəkini bölüşmək və bir-birinizi dəstəkləmək üçün münasib məqamdır.
Buğa
Ailə üzvlərinin hamısına aid olan mühüm məsələləri müzakirə etmək, planlar qurmaq və qərarlar qəbul etmək üçün uğurlu gündür. Bəzi Buğalara işlə bağlı maraqlı təkliflər ediləcək. Anlaşılmazlıq yığılmış münasibətləri qaydaya salmaq imkanı yaranacaq. Maraqlı insanlarla yeni tanışlıqlar mümkündür — ortaq məqamlar çox olacaq.
Günün ikinci yarısında gözlənilməz mənbələrdən ani maliyyə daxilolmaları istisna deyil. Lakin bu pulları xərcləməyə tələsməyin. Əvvəlcə mümkün alışları yaxşıca düşünün və etibar etdiyiniz insanlarla məsləhətləşin.
Əkizlər
Şərait xüsusilə uğurlu formada inkişaf edəcək. Sizə alınmayan işlərin belə öhdəsindən gəlmək mümkün olacaq. Yaxşı ideyalar yaranacaq və onları mümkün qədər tez həyata keçirməyə dəyər. Ətrafınızdakılar planlarınızı məmnuniyyətlə dəstəkləyəcək, onların reallaşmasında iştirak edəcəklər.
Bəzi işgüzar münasibətlərin romantik məcraya keçməsi istisna deyil. Bir çox Əkizlər həmkarlarından biri ilə dostluq münasibəti quracaqlar. Intuisiyanızın işarələrinə qulaq asın — çox yerinə düşəcək. Axşam hobbinizə vaxt ayırın: bu, sizə xeyli müsbət emosiyalar bəxş edəcək.
Xərçəng
Gələcək barədə düşünmək və planlar qurmaq üçün münasib gündür. Özünüzü daha yaxşı anlaya, daxili ziddiyyətlərin bir qismini həll edə biləcəksiniz. Davranışınızı analiz edib nailiyyətlərinizi qiymətləndirmək, yeni hədəflər müəyyənləşdirmək üçün yaxşı məqamdır.
Bir çox Xərçəng ev işlərinə maksimum diqqət ayırmalıdır. Bu, nə darıxdırıcı, nə də yorucu olacaq; əksinə, yalnız əşyalarda deyil, düşüncələrinizdə də nizam yaratmağa kömək edəcək. Gözlənilməz pul daxilolmaları mümkündür. Onları bütün ailəyə sevinc gətirəcək xoş və zövqlü əşyalara sərf edə bilərsiniz.
Şir
Hətta ən dolaşıq vəziyyətlərdə belə yolunuzu asanlıqla tapa biləcəksiniz. Uzun müddətdir sizi narahat edən sualları həll etmək alınacaq. Bəzi şeylərə yenidən baxacaq, illüziyalarla vidalaşacaq və uğura daha tez necə çatmağı anlayacaqsınız. Bütün şəraiti düzgün dəyərləndirib doğru qərar vermək yaxşı alınacaq.
Bir çox Şir yeni nələrsə öyrənə biləcək. Qazandığınız bilik və bacarıqlar tezliklə işdə çox lazım olacaq. Qeyri-standart yanaşma planlaşdırılan işləri daha sürətlə bitirməyə imkan verəcək. Ətrafdakılarda rəğbət oyatmaq sizin üçün asan olacaq; sizinlə tanış olmağa can atanlar çoxalacaq.
Qız
Səhər özünüzə istirahət edib güc toplamaq imkanı verin. Hər şey birinci cəhddə alınmaya bilər, buna görə məyus olmayın. Tədricən, əlavə səy göstərmədən də hər şeyin yaxşılığa doğru dəyişdiyini görəcəksiniz. Uzun müddət təxirə saldığınız irimiqyaslı işlərə başlamaq üçün münasib məqamdır. Hər şey alınacaq, baxmayaraq ki, bir neçə cəhd tələb oluna bilər.
Günün ikinci yarısında yaradıcı yanaşma və fantaziyanı cəsarətlə nümayiş etdirin. Səmimiyyətiniz daha yaxından tanış olmaq istədiyiniz insanların rəğbətini qazanmağa kömək edəcək. Axşamı sevdiyiniz hobbiyə və ya dostlarla görüşə həsr edin.
Tərəzi
Günün birinci yarısında xırda çətinliklər mümkündür, amma onların öhdəsindən tez və asan gələcəksiniz. Birinci cəhddə nəsə alınmasa belə, geri çəkilməyəcəksiniz. Gələcək perspektivləri hesablamaq və planlar qurmaq üçün uğurlu gündür. Ancaq konkret qərarlar qəbul etməyə tələsməyin: əvvəlcə hər şeyi diqqətlə anlamaq üçün özünüzə vaxt verin.
Axşam sevincli, mehriban ab-havada keçəcək. Ailəli Tərəziləri yaxınlarla ünsiyyətdən böyük zövq gözləyir. Romantik görüş də xoş təsir bağışlayacaq və uzun müddət yadda qalacaq.
Əqrəb
Planlaşdırdıqlarınıza səhərdən başlayın. Özünüzə güvənin, başqalarının köməyinə arxayın olmayın: çox güman, hər şeyi təkbaşına, başqasına izah etməyə vaxt sərf etmədən daha tez görəcəksiniz. Nəzərəçarpan uğurlar qazanacaq, özünüzə inamınızı möhkəmləndirəcəksiniz. Ancaq başqalarına qarşı təkəbbürə qapılmağa dəyməz.
Əksər Əqrəblər pozitiv və xoşniyyətli ruhda olacaqlar. Bu, həm yaxınlarla münasibətlərə, həm də yeni tanışların sizə simpatiyasına ən yaxşı şəkildə təsir edəcək. Uzun müddətdir inciyib-sındığınız insanlarla barışmaq imkanı yaranacaq.
Oxatan
Bütün vacib işləri günün birinci yarısına köçürün. Hər şey sürətlə və böyük səy tələb etmədən alınacaq. Ətrafdakılarla ortaq dil tapmaq asan olacaq. Qarşılıqlı maraq yeni tanışlardan biri ilə dostluq və ya romantik əlaqənin başlanğıcına səbəb ola bilər.
Günün ikinci yarısında bir çox Oxatan təcili həll tələb edən problemlərlə üzləşəcək. Bəzi planları ləğv etmək və ya təxirə salmaq lazım gələcək. Buna görə ruhdan düşməyin: ciddi problemlərdən yayınmaq mümkün olacaq və bütün çətinliklərin öhdəsindən gələcəksiniz.
Oğlaq
Ətrafınızdakılara səhvlərini düzəltməkdə kömək etməli olacaqsınız. Hər şey yaxşı alınsa da, proses əsəblərinizi gərə bilər. Bunun müqabilində tezliklə işdə lazım olacaq mühüm şeyləri öyrənəcəksiniz. Gözləmədiyiniz kiçik məbləğdə pul daxilolmaları mümkündür.
Bir çox Oğlaqda sevdiyi insanla münasibətdə xırda söz-söhbətlər ola bilər. Onlar ciddi münaqişəyə çevrilməyəcək, lakin barışmaq üçün müəyyən səy göstərməli olacaqsınız. İlk addımı atın, davranışınızı analiz edin və gələcəkdə bu kimi yanlışlara yol verməməyə çalışın.
Dolça
Tələsik nəticələr çıxarmayın və heç yerə tələsməyin. Gözləmədiyiniz problemlərlə üzləşməyiniz mümkündür. Uğurla öhdəsindən gələcəksiniz, yetər ki, tələsməyəsiniz və səs-küy salmayasınız. Addım-addım hərəkət edin, hər mərhələni düşünün — belə olduqda hər şey yaxşı alınacaq.
Gün mühüm mövzuları müzakirə etmək üçün də pis deyil. Ancaq əvvəlcə mövzunu yaxşıca düşünüb, uyğun arqumentləri seçmək və durumun mümkün inkişaf yollarını dəyərləndirmək lazım gələcək. Ailəli Dolçalar yaxınlarından hərtərəfli dəstək alacaqlar.
Balıqlar
Hətta ən cəsarətli hədəflərə belə asanlıqla çata biləcəksiniz. Bir çox Balıqların ağlına mütləq həyata keçirməyə dəyər orijinal ideyalar gələcək. Etibarlı müttəfiqlər gecikməyəcək və planlarınızın reallaşmasında kömək təklif edəcəklər.
Yeni, çox ümidverici tanışlıqlar mümkündür. Onlar uzunmüddətli dostluğun və ya gözəl bir romanın başlanğıcına çevrilə bilər. Hadisələr sürətlə inkişaf edəcək. Başqalarının fikrinə həddən artıq önəm verməyin. Intuisiyanıza qulaq asın — o, yanılmayan qərarı sizə dəqiq göstərəcək.(Bizimyo.info)
Nərmin Əliyeva Cənub Press