
Lənkaran əhalisinin nəzərinə!
Cənub Press xəbər verir ki, Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lənkəran xidmət sahəsindən verilən məlumata görə, 24 sentyabr saat 10:00-dan təmir işləri ilə bağlı “Hirkan” QPS-dən qidalanan Hirkan, Gərmətük, Aşağı Nüvədi qəsəbələri, Xanbulan, Bürcəli, Mamusta, Parakənd, Daşdalıqcar, Səpnəkəran, Yuxarı Nüvədi, Türkəkəran, Moğonojoba, Şürük, Şıxakəran, Xolmili, Vel, Siyavar, Kənarmeşə, Seyidəkəran, Tütəpeştə, Bala Şürük, Sütəmurdov, Velədi, Şilim, Kosalar və Viyən kəndləri daxil olmaqla, ümumilikdə 26 yaşayış məntəqəsində 14000 abonentin təbii qaz təchizatında fasilələr yaranacaq, gün ərzində işlər yekunlaşan kimi qaz təchizatı bərpa olunacaqdır.
Sakinlərimizin nəzərə alması xahiş olunur.
Nərmin Əliyeva, Cənub Press