
Ukraynada müharibə tezliklə bitməyəcək. Bu, yaxşı xəbər deyil.
Cənub Press xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Fox News”a müsahibəsində bildirib.
“Ukraynadakı müharibənin tezliklə bitəcəyinə inanmıram. Bu, yaxşı xəbər deyil”, – o deyib.
Ərdoğan həmçinin əmindir ki, Avropa Ukraynaya həmişəlik iqtisadi yardım göstərə bilməyəcək və Ukrayna iqtisadi cəhətdən Rusiya ilə rəqabət apara bilməz.
“Amma ümid edirik ki, bu dəstək davam edəcək”, – prezident qeyd edib.
Nərmin Əliyeva, Cənub Press