
Qoç
Sizi məhsuldar bir gün gözləyir. Çətin vəziyyətlərdə həll yolu tapmaq asan olacaq. Əvvəllər əldə etdiyiniz biliklər sizə mütləq kömək edəcək. Danışıqlar və konfranslar uğurla keçəcək. Kütlə qarşısında çıxışlar üçün də gün münasibdir. Yeni faydalı tanışlıqlar mümkündür. Bir çox Qoç rəhbərlik qarşısında özünü yaxşı tərəfdən göstərəcək və karyerada yüksəliş şansı qazanacaq.
Axşam saatlarında dost və ya qohumlardan biri haqqında xoş xəbər ala bilərsiniz. Sevdiyiniz insanla ünsiyyət əhvalınızı qaldıracaq və qayğılardan uzaqlaşmağa kömək edəcək.
Buğa
İnsanlarla özünüz üçün əlverişli şərtlərlə razılığa gəlməyi bacaracaqsınız. Yaxın vaxtlarda işinizə yarayacaq faydalı əlaqələr qurmaq mümkün olacaq. Xüsusilə vacib məsələlərin müzakirəsini qeyri-rəsmi şəraitdə aparmaq daha məqsədəuyğundur, bu yolla daha tez anlaşma əldə edəcəksiniz. İctimai tədbirlər və təqdimatlar da uğurlu keçəcək.
Lakin bir çox Buğaların maliyyə məsələlərində ehtiyatlı davranması vacibdir. Pul xərcləri ilə bağlı hər bir qərarı düşünülmüş şəkildə qəbul edin. Ümidverici görünsə də, hər layihəyə qoşulmağa tələsməyin. Əvvəlcə təcrübəli tanışlarınızla məsləhətləşin.
Əkizlər
Səhər saatlarında iş məsələlərinə diqqət toplamaq çətin olacaq. Ən məsuliyyətli tapşırıqları daha sonrakı vaxta saxlamaq daha yaxşıdır. Günü diqqət və ciddilik tələb etməyən adi işlərlə başlamaq məqsədəuyğundur. Bəzi planlarınızı dəyişmək lazım gələcək, çünki şərait öz düzəlişlərini edəcək. Maliyyə məsələlərində diqqətli olun, ani alış-verişlər üçün münasib vaxt deyil.
Günün ikinci yarısı isə daha məhsuldar olacaq. Ətrafdakılarla, o cümlədən çətin və vacib məsələlər üzrə razılıq əldə etmək asanlaşacaq. Bir çox Əkizlər yeni faydalı bacarıq qazanacaqlar.
Xərçəng
Ağlınıza çoxlu maraqlı ideyalar gələcək, lakin onların hamısını həyata keçirmək mümkün olmayacaq. Bəziləri sadəcə praktik baxımdan yararsız görünəcək. Tələskən qərarlardan uzaq olun, çünki onlar səhvlərə səbəb ola bilər. Dəqiqlik tələb edən işlər çətinlik yaradacaq. Buna görə də daha çox gündəlik tapşırıqlarınıza diqqət ayırın, sənədləri qaydaya salın və işlərinizdə səhv olub-olmadığını yoxlayın.
Gərgin gündən sonra yaxınlarınızın dəstəyi sizə yaxşı təsir edəcək. Münasibətləri yeni başlayan Xərçəngləri isə sevdikləri insandan xoş sürpriz gözləyir.
Şir
Eyni vaxtda həm iş tapşırıqlarını, həm də ev məsələlərini həll etməli olacaqsınız. Bacaracaqsınız, amma bu, asan olmayacaq. Ən xırda detallara diqqət yetirin, əks halda mühüm məqamı gözdən qaçıra bilərsiniz. Özünüzü pozitiv dalğaya kökləyin və əhəmiyyətsiz söhbətlərlə vaxt itirməyin. Bu halda həm iş yoldaşları, həm də tərəfdaşlarla uğurlu razılaşmalar əldə etmək mümkün olacaq.
Günün sonunda ünsiyyəti minimuma endirib istirahət etmək daha yaxşıdır. Bəzi Şirlər isə iş münasibətlərini romantik istiqamətə yönəldə biləcəklər.
Qız
Səhər özünüzdə güclü enerji axını hiss edəcəksiniz ki, bu da ən çətin tapşırıqları belə uğurla yerinə yetirməyə imkan verəcək. Həmkarlarla əməkdaşlıq haqqında razılığa gəlmək və məhsuldar işləmək asan olacaq. Tikinti və daşınmaz əmlakla bağlı məsələləri də uğurla həll etmək mümkündür. Ancaq boş söhbətlərə vaxt ayırmayın və planladığınız işlərdən yayınmayın.
Yaxın insanlarla münasibətlərdə müəyyən gərginlik yarana bilər. Bir-birinizi başa düşmək çətinləşəcək. Xırda məsələlərə görə fikir ayrılığı mümkündür, lakin ciddi münaqişə ehtimalı azdır.
Tərəzi
İş əhvalına köklənmək asan olacaq. Ətrafınızdakı mühit uğurlu şəkildə formalaşacaq və bu, cari məsələlərin həllində sizə kömək edəcək. Böyük irəliləyişlər gözlənilmir, lakin bütün vacib işlər vaxtında və səhvsiz tamamlanacaq. İşgüzar tərəfdaşlarla əlaqələr uğur gətirəcək, həmkarlarla əməkdaşlıq məhsuldar olacaq.
Axşam bir çox Tərəzi üçün ev işlərinə və ailə üzvləri ilə ünsiyyətə həsr olunacaq. Duyğularınızı bölüşmək, səmimi söhbət etmək üçün əlverişli vaxtdır.
Əqrəb
Xüsusilə enerjili və gümrah olacaqsınız. Gün vacib məsələlərin həlli üçün uğurlu olacaq. Bir çox Əqrəb yaradıcılıq qabiliyyətini parlaq şəkildə nümayiş etdirəcək. Yeni ideyalar rəhbərlik qarşısında nüfuz qazanmağınıza kömək edəcək. Pul yatırımları isə gözlənilən gəliri gətirəcək. Yaxın gələcəkdə karyerada irəliləyiş mümkündür.
Axşam saatlarında ev işləri planlarınızı dəyişməyə məcbur etsə də, bu, sizi narahat etməyəcək. Hər şeyi tezliklə həll edib ailənizlə xoş vaxt keçirəcəksiniz.
Oxatan
Təcrübəniz, peşəkarlığınız və güclənmiş intuisiya uzun müddət heç kimin həll edə bilmədiyi məsələlərin öhdəsindən gəlməyə imkan verəcək. Yeni bacarıqlar öyrənmək, təhsil almaq və öz üzərinizdə işləmək üçün münasib gündür. Qısa işgüzar səfərlər uğur gətirəcək. Ciddi məsələlərin müzakirəsini qeyri-rəsmi şəraitdə aparmaq daha faydalı olacaq, çünki anlaşma daha tez əldə ediləcək.
Axşam isə ortaq maraqlarınız olan insanlarla görüşmək üçün münasib vaxtdır. Sevdiyiniz insanla səmimi söhbət də faydalı olacaq.
Oğlaq
Səhər emosiyalarınızı idarə etmək çətin olacaq. Tələskən qərarlardan çəkinin, lazımsız mübahisələrə qoşulmayın. Bəzən planlarınızı dəyişmək və ya tamamilə ləğv etmək lazım gələcək. Texniki xırda nasazlıqlar mümkündür. Onları asanlıqla həll edə bilsəniz də, əsəblərinizi korlaya bilər. Ən yaxşısı, nəticəsi yalnız sizdən asılı olan işlərə diqqət yetirməkdir.
Özünüzü ələ ala bilsəniz, günün ikinci yarısı kifayət qədər yaxşı keçəcək. Vacib işləri həll edəcək, düzgün prioritetlər müəyyənləşdirəcək və kobud səhvlərə yol verməyəcəksiniz.
Dolça
Gün sakit başlamayacaq. Qeyri-adi vəziyyətlərdə özünüzü toparlamaq və soyuqqanlı qalmaq asan olmayacaq. Həmkarlarla xırda anlaşılmazlıqlar mümkündür, amma ciddi problemlər olmayacaq. Özünüzü sakitləşdirin və pozitiv düşünün, bu zaman hər şey yaxşılığa doğru dəyişəcək.
İşgüzar tərəfdaşlarla əlaqələr uğurlu alınacaq, yeni faydalı tanışlıqlar mümkündür. Axşam isə bir çox Dolça üçün ünsiyyət və tədbirlər faydalı olacaq, əhvalınızı yüksəldəcək və xoş təəssüratlar bəxş edəcək.
Balıqlar
Böyük layihələrə və məsuliyyətli işlərə başlamayın. Daha çox gündəlik, asanlıqla öhdəsindən gəldiyiniz tapşırıqlara yönəlin. Həmişə həmkarlarla ortaq dil tapmaq mümkün olmayacaq. Başqalarının məsləhətlərinə deyil, öz bilik, təcrübə və intuiziyanıza güvənin. Bütün ideyalarınızı həyata keçirmək alınmaya bilər.
Xərclərə diqqət edin, düşünülməmiş alış-verişdən uzaq durun. Ailəli Balıqlar üçün bəzi məişət çətinliklərini həll etmək lazım gələcək. Yaxınlarınızın dəstəyinə müraciət edin, onlar sizə köməkdən imtina etməyəcəklər.(Bizimyol.info)
Nərmin Əliyeva, Cənub Press