Skip to content
Cənub Press

Cənub Press

İnformasiya Agentliyi

Primary Menu
  • ANA SƏHİFƏ
  • Ölkə
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Mədəniyyət
  • İdman
  • Əlaqə
  • Haqqımızda
Live

Əncirin bilmədiyimiz faydaları

admin
15344967906540325499_1200x630

Xoş dadı və şirinliyi ilə payız mövsümünün əvəzolunmaz meyvəsi olan əncir həm də müalicə vasitəsi kimi insan sağlamlığının qorunmasında təkrarsız vasitədir.

Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru Zaur Həsənov Cənub Press-ə əncirin faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi ondan istifadə qaydaları haqqında danışıb.

Zaur Həsənov bildirib ki, əncirdən təzə və qurudulmuş halda istifadə edilir, şirə, doşab, kompot, cem, mürəbbə, şərab və sair hazırlanır. Qurudulmuş əncirdə 55-70 faizə qədər şəkər olur və onu uzun müddət saxlamaq mümkündür. Tərkibində asan mənimsənilən şəkər, zülal, turşular, C, B1, B2 vitaminləri, A provitamini var. Hər 100 qram meyvənin kaloriliyi 74 kilokalori, konservləşdirilmişlərdə 53 kilokalori, qurudulmuş meyvələrdə isə 257 kilokalori təşkil edir. Qurudulmuş meyvələrdən həddən artıq istifadə artıq çəkiyə də səbəb ola bilir.

Alim qeyd edib ki, müalicə vasitəsi kimi əncirin meyvəsindən, yarpağından, yarpaq saplağından, kökündən və zoğlarından istifadə olunur.

Meyvələri böyrəyin və mədənin işini yaxşılaşdırmaqla yanaşı, həm də sidikqovucu xüsusiyyətlidir. Əncirdən qanazlığı, mədə-bağırsaq xəstəlikləri, isitmə və digər xəstəliklərin müalicəsində istifadə edilir. Əncir meyvələri ağızdan gələn pis iyləri götürür, baş tükünün artmasına səbəb olur. Xalq təbabətində yetişmiş meyvələrin şirəsindən ürək xəstəlikləri və hipertoniyada, mürəbbə və bəhməzindən qanazlığında, ümumi zəiflik zamanı bərpaedici və qüvvətverici vasitə kimi istifadə edilir. Təzə və isladılmış quru əncir irinli yaraların, çibanların yetişməsində faydalıdır. Xalq təbabətində suda və ya süddə bişirilmiş əncirdən soyuqdəymə, nəfəs yollarının iltihabı, həmçinin angina və damağın soyuqlaması zamanı qarqara kimi istifadə edilir.

Əncir kaliumla zəngin olduğundan ürək-damar xəstəliklərində də faydalıdır. Zaur Həsənov deyir ki, kalium qan damarlarının işini yüngülləşdirir, onları genişləndirir. Bu meyvədəki fisin fermenti isə qan laxtalanmasını zəiflətdiyindən damarlarda trombların sorulmasına səbəb olur, güclü ürək döyüntülərini azaldır, qanyaratma prosesini gücləndirir.

Qurudulmuş yarpaqları dəmlənmiş çay, soyuqdəymə zamanı sinəyumşaldıcı və öskürəkkəsici kimi istifadə edilir.

Yarpaq və kökündən hazırlanmış çay ishala və dizenteriyaya, süddə bişirilmiş əncir qusmaya, yarpaq saplağı və kal meyvələrinin südü ilə hazırlanmış emulsiya uşaqlarda qarın ağrılarına, qurudulmuş yarpaq və zoğdan hazırlanmış çay isə qurda qarşı istifadə olunur. Qurudulmuş yarpaqlardan dəmlənmiş çay, həmçinin ürək ağrılarını götürür, onun fəaliyyətini tənzimləyir, qan təzyiqini aşağı salır.

Nərmin Əliyeva, Cənub Press

Oxunub: 174
Paylaş

Continue Reading

Previous: Masallıda avtomobil yolunun təmirinə vəsait ayrılıb
Next: Sentyabrın 12-nə olan hava proqnozu

Oxşar xəbərlər

reyd

Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!

admin
kart bankomat terminal

2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

admin
1

Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib

admin

AXTAR

SON XƏBƏRLƏR

  • Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!
  • 2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında
  • Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib
  • Polis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı
  • Biləsuvarda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib
  • Astrada 2025-ci ilin doqquz ayında pərakəndə əmtəə dövriyyəsi artmışdır
  • Lənkəranda şəhid atası rəhmətə gedib
  • Astarada əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 48,1 faiz artıb
  • Cəlilabadda sürücünün qarşısına çıxan at qəzaya səbəb olub
  • Astara rayonunda 2025-ci ilin doqquz ayında Ümumi məhsul və xidmətlərin həcmi artıb

Populyar XƏBƏRLƏR

  • kart bankomat terminal2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında
  • qandalPolis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı
  • 1Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib
  • 1758797304_5379659835362113540Ali təhsil almayanlar da 1 il hərbi xidmət KEÇƏCƏK? – Komitə sədrindən AÇIQLAMA
  • 1744793018_0795aae7-6dfd-33a0-9abd-833bb9c40d2a_850-1Astarada polis əməkdaşları tərəfindən su basmış evlərdə köməksiz qalan sakinlər təxliyyə olunub
  • pasinyan-yeniBakı ilə razılığa gəlmişik – Paşinyan
  • kulek-havaKüləklə bağlı – Xəbərdarlıq
  • pasinyan-yeniPaşinyan Zəngəzur dəhlizi barədə: Başladıq
  • türk preziTürkiyə Prezidenti Ağ Evdəki danışıqların nəticələrini səmərəli adlandırıb
  • 17591417303002049023_1200x630Ukrayna ordusunun Baş komandanı: Dobropol yaxınlığında təqribən 175 kilometrlik ərazi azad edilib

Təqvimlə xəbər axtar

Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    

Redaktor seçimi

reyd

Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!

admin
kart bankomat terminal

2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

admin
1

Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib

admin
qandal

Polis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı

admin
Copyright © All rights reserved.