Skip to content
Cənub Press

Cənub Press

İnformasiya Agentliyi

Primary Menu
  • ANA SƏHİFƏ
  • Ölkə
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Mədəniyyət
  • İdman
  • Əlaqə
  • Haqqımızda
Live

Limonun faydaları və ziyanı

admin
limon

Limonun insan orqanizminə müalicəvi təsiri: Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə görə xalqın sevgisini qazanıb. Çünki bir fincan limonlu çay orqanizmi isidir, gümrah edir, əhval-ruhiyyəni yaxşılaşdırır və infeksiyalara qarşı müqaviməti gücləndirir.

Cənub Press xəbər verir ki, sitrus meyvəsi soyuqdəymə xəstəliklərinə qarşı əla profilaktiki vasitə sayılır. Limon immunitet sistemini möhkəmləndirir, orqanizmin müqavimətini artırır. Təsadüfi deyil ki, soyuqdəyməyə qarşı bir sıra dərman preparatlarının tərkibində limon turşusu olur. Limonun müalicəvi keyfiyyəti onun antiseptik təsirində də özünü biruzə verir. Limon şirəsi yaranı bərpa edən və iltihab əleyhinə təsirə malikdir, eyni zamanda mikrobları öldürür.

Limonun tərkibi: Limonun lətində limon turşusu var ki, bu da meyvənin əsasını təşkil edir. Limonun qabığı isə flavonoidlər, efir yağları, pektin birləşmələr, qida lifləri ilə zəngindir. Təbii ki, bu maddələr əsasən meyvə lətində toplaşır. Limonun tərkibində bir çox vitamin var. Onlar arasında foli və C vitamini, pantoten turşusu, D vitamini, tokoferol, tiamin, retionl, piridoksin, riboflavin, PP vitaminləri xüsusi yer tutur.

Limonun immunitetə faydası
İki xörək qaşığı limon turşusunun tərkibində insanın sutkalıq C vitamini norması var. Hamı bilir ki, C vitamini orqanizmin müdafiə funksiyaları üçün vacibdir.

Limonun faydalı təsirləri:

  • Bu yaxınlarda xəstəlik və ya əməliyyat keçirən insanlarda iştahı artırır;
  • Bağırsaqların fəaliyyətini stimullaşdırır, mikroflorasını yaxşılaşdırır;
  • Orqanizmi şlaklardan və toksinlərdən təmizləyir;
  • Gümrahlaşdırır, yuxu və yorğunluğu aradan qaldırır;
  • Psixoemosional vəziyyəti normallaşdırır, stresin fəsadları ilə mübarizə aparır;
  • Dırnaqları ağardır və möhkəmləndirir;
  • Qanın dövrünü və tərkibini yaxşılaşdırır;
  • Saçların sağlamlaşdırılmasına kömək edir;
  • Hamilə qadınlarda toksikoz zamanı ürəkbulanmaların qarşısını alır;
  • Qan damarlarını xolesterindən təmizləyir;
  • Avitaminoz zamanı faydalı maddələrin çatışmazlığını doldurur.

Limonun ziyanı
Limon allergenlər siyahısına daxildir. Bu səbəbdən sitrus meyvələrə qarşı allergiyası olan, böyrək xəstəiyindən əziyyət çəkən, hamilə qadınlar və körpəsinə süd verən analar, 3 yaşına qədər uşaqlara limondan istifadə etmək məsləhət görülmür. Limon bağırsaqların və mədənin selikli qişasına təsir etdiyi üçün bu orqanların xəstəliyindən əziyyət çəkən insanlara limon yemək qadağandır. Eyni zamanda həddən artıq limon qəbul etmək də bir sıra xəstəliklərin ağırlaşmasına səbəb ola bilər:

  • Mədəaltı vəzin fəaliyyətinin pozulması;
  • Mədə xorası və onikibarmaq bağırsağın xəstəliyi;
  • Enterit, kolit və kəskin qastroenterokolit.

Beləcə, bütün zəngin tərkibi və müxtəlif faydalı xüsusiyyətləri ilə yanaşı, limonu ehtiyatla və qaydalara uyğun qəbul etmək lazımdır.

Nərmin Əliyeva, Cənub Press

Oxunub: 169
Paylaş

Continue Reading

Previous: İzmirdə Uluslararası Menemen Çömlek Festivalı – Azərbaycanı o təmsil etdi
Next: Xurmanın faydaları

Oxşar xəbərlər

reyd

Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!

admin
kart bankomat terminal

2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

admin
1

Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib

admin

AXTAR

SON XƏBƏRLƏR

  • Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!
  • 2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında
  • Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib
  • Polis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı
  • Biləsuvarda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib
  • Astrada 2025-ci ilin doqquz ayında pərakəndə əmtəə dövriyyəsi artmışdır
  • Lənkəranda şəhid atası rəhmətə gedib
  • Astarada əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 48,1 faiz artıb
  • Cəlilabadda sürücünün qarşısına çıxan at qəzaya səbəb olub
  • Astara rayonunda 2025-ci ilin doqquz ayında Ümumi məhsul və xidmətlərin həcmi artıb

Populyar XƏBƏRLƏR

  • kart bankomat terminal2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında
  • qandalPolis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı
  • 1Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib
  • 1758797304_5379659835362113540Ali təhsil almayanlar da 1 il hərbi xidmət KEÇƏCƏK? – Komitə sədrindən AÇIQLAMA
  • 1744793018_0795aae7-6dfd-33a0-9abd-833bb9c40d2a_850-1Astarada polis əməkdaşları tərəfindən su basmış evlərdə köməksiz qalan sakinlər təxliyyə olunub
  • pasinyan-yeniBakı ilə razılığa gəlmişik – Paşinyan
  • pasinyan-yeniPaşinyan Zəngəzur dəhlizi barədə: Başladıq
  • türk preziTürkiyə Prezidenti Ağ Evdəki danışıqların nəticələrini səmərəli adlandırıb
  • 17591417303002049023_1200x630Ukrayna ordusunun Baş komandanı: Dobropol yaxınlığında təqribən 175 kilometrlik ərazi azad edilib
  • burc_2024_qadin_sevgi_xosbext_33 bürc dönüş nöqtəsində – şans onların tərəfindədir

Təqvimlə xəbər axtar

Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    

Redaktor seçimi

reyd

Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!

admin
kart bankomat terminal

2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

admin
1

Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib

admin
qandal

Polis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı

admin
Copyright © All rights reserved.