
Şuşa şəhərində inşa olunan yeni məscidin təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Məscidin memarlıq forması xüsusi rəmzi mənaya malikdir: tikilinin ümumi forması “8” rəqəmini ifadə edərək Şuşanın işğaldan azad olunduğu gün – Zəfər Gününü, iki minarəsi isə “11” rəqəmini simvolizə edərək şəhərin 11-ci ayda işğaldan azad edilməsini əks etdirəcək. Minarələrin hündürlüyü 72 metr olacaq.
Cənub Press xəbər verir ki, Şuşa tarixi memarlıq nümunələri ilə tanınır və mövcud məscidlərin sırasına daha bir memarlıq incisi – Yeni Şuşa məscidi əlavə olunacaq.
Layihə Heydər Əliyev Fondu və “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilir.
Nərmin Fəxrəddin qızı