
Yol infrastrukturunun inkişafı, yeni yolların salınması və asfalt
örtüyünün yenilənməsi prosesi Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH)
daim diqqətində olan məsələlərdəndir. Təmirə ehtiyacı olan bütün şəhərdaxili
yolların siyahısı müəyyənləşdirilib və onların əsaslı təmiri büdcədən ayrılan
vəsaitə uyğun olaraq növbəlilik əsasında həyata keçirilir.
Cənub Press xəbər verir ki, yeni asfalt örtüyü nəqliyyat vasitələrinin hərəkətini
asanlaşdırır, qəzaların qarşısını almağa kömək edir, şəhərin ümumi
görünüşünü və estetik dəyərini artırır, eləcə də yolun uzunömürlülüyünü təmin
edir.
Lənkəran şəhərində də cari ildə 8 küçənin asfraltlanması nəzərdə
tutulur ki, bunlar Kamil Kazımov, Vaqif küçəsi dalan 1, H.Z.Tağıyev, Molla
Baba Axund, Mirzə Məhəmmədhüseyn Axund, Koroğlu, Şəkər Aslan, Füzuli
dalan 3 küçələridir və artıq bu istiqamətdə işlərə başlanılıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov da
sentyabrın 3-də hazırda asfaltlanması həyata keçirilən və asfaltlanmaya hazır
vəziyyətə gətirilən 3 küçədə – H.Z.Tağıyev, Kamil Kazımov və Molla Baba
Axund küçələrində aparılan asfaltlanma və hazırlıq işləri ilə yerində tanış olub,
işin gedişatı ilə maraqlanıb.
Qeyd edək ki, digər 5 küçədə asfaltlanmanın aparılmasına hazırlıq
işlərinə başlanılıb, yaxın günlərdə sözügedən küçələrin də asfaltlanması
həyata keçiriləcək.
Küçələrə yeni asfalt örtüyünün döşənməsi işləri Lənkəran sakinləri
tərəfindən məmnuniyyətlə qarşılanır, yerli sakinlər rayonumuza göstərilən
xüsusi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.
Nərmin Fəxrəddinqızı