
Hadisə 3 sentyabr saat 00:20 radələrində Lənkəran şəhərinin “Qala Xiyabanı” deyilən ərazisində qeydə alınıb.
Cənub Press xəbər verir ki, hərəkətdə olan “VAZ-2107” markalı 42BH941 nömrəli minik avtomobili ilə “Chevrolet Cruze” markalı 77HC597 nömrəli minik avtomobili toqquşub.
Toqquşma nəticəsində avtomobillərdən biri yol kənarındakı elektrik dirəyinə çırpılıb və dirəyi aşırıb. Sonra da yaxınlıqda olan marketin soyuducusunu sıradan çıxarıb.
Qəzada 3 nəfər, Lənkəran rayon sakinləri 1970-ci il təvəllüdlü Mübariz Akif oğlu Əsədov, 1992-ci il təvəllüdlü Vüsalə Hikmət qızı Əhmədli və 1979-cu il təvəllüdlü Aypara Balakişi qızı Ağayeva müxtəlif dərəcəli baş-bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətlərinə uyğun olaraq müalicələri müvafiq şöbədə davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Nərmin Fəxrəddinqızı