
Yardımlıda tikilidə baş verən yanğın söndürülüb.
Bu barədə “Cənub Press“ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası hadisə yerində cəlb olunandan qısa bir müddət sonra yanğın söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb.