
Bildirilir ki, alma sağlam həzmə şərait yaradır. Belə ki, bu meyvə yaxşı həll olunan və həll olunmayan lif mənbəyidir. O qəbizliyin qarşısını alan sağlam həzmin qorunmasında mühüm rol oynayır.
Həmçinin, alma ürək sağlamlığına da kömək edir. Qırmızı alma xolesterol səviyyəsini aşağı salır, bu da hər hansı ürək-damar xəstəliyi riskini azaltmağa vasitəçi olur.
Qidalandırıcı maddələrlə zəngin olan alma bədəndə sərbəst radikallarla mübarizə aparan eləcə də xroniki xəstəlik riskini azaltmağa kömək edən Quercetin və C vitamini ilə zəngindir.
Diabet riskini azaldır. Alma yemək 2-ci tip diabet riskinin azalması ilə əlaqələndirilə bilər. Həkim bunun lif və antioksidant tərkibinə görə ola biləcəyini deyir.
Dərinin vəziyyətini yaxşılaşdırır. Almada olan C vitamini dərinin elastikliyini qorumaq üçün vacib olan sağlam kollagenin istehsalını təşviq edir.
Nərmin Fəxrəddinqızı