
Qurudulmuş üzüm – kişmiş təzə üzümdən daha çox fayda verir. Bu, ilk növbədə, daha yüksək lif tərkibi və qurutma nəticəsində artan mineral və vitamin sıxlığı ilə bağlıdır. Təzə üzüm kimi kişmiş də B vitaminlərinin zəngin mənbəyidir.
Qurudulmuş üzümün tərkibində dəmir, kalium, mis və selenium kimi maddələr mübadiləsini dəstəkləyən minerallar da var. Tərkibindəki dəmir sayəsində qanda dəmir səviyyəsini tarazlaşdırır, kalium sayəsində isə təzyiqi tənzimləyə və ürək-damar sağlamlığını qoruya bilirlər.
Qurudulmuş üzümün yüksək lif tərkibi həzm sisteminə də faydalıdır. Buna görə də kişmişin faydaları bütün bədən funksiyaları üçün vacibdir.
Üzümün faydaları arasında antibakterial xüsusiyyətləri sayəsində ağız və diş sağlamlığını qoruya bilməsi də var. Buna görə də, lazımi miqdarda istehlak edildikdə, qan şəkərini balanslaşdırmaqla yanaşı, ağız sağlamlığınıza da fayda verir. Kişmiş tək istehlak edilə bilər və ya çörək və ya tortlar kimi qidalarda tatlandırıcı olaraq istifadə edilə bilər.
Onlar tortlar və peçenye kimi xəmirlərə əlavə oluna bilər ki, bu da onları rafine şəkərə (ağ şəkər) sağlam alternativ edir. Qatıq kimi zülal qaynaqları ilə istehlak edildikdə, toxluq hissini artırır və günə enerji ilə başlamağa və ya davam etdirməyə kömək edir.
Nərmin Fəxrəddinqızı