Cəlilabadda yeni park salınacaq admin 23.05.2025 Cəlilabad rayonunda sakinlərin istifadəsinə yeni park veriləcək. Cənub Press xəbər verir ki, yeni park şəhərin Bayraq Meydanı ətrafında salınacaq. Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov aparılan yenidənqurma və abadlıq-quruculuq işləri ilə tanış olub. O, şəhərin İlqar Zeynalov küçəsində yerləşən çoxmənzilli binaların həyətində aparılan abadlıq-quruculuq işlərinə, Zərifə Əliyeva və Koroğlu küçəsinin kəsişməsində inşa olunan çoxmənzilli binanın tikintisinə, Bayraq Meydanı ətrafında salınacaq yeni parkın ərazisinə və 28 May küçəsində qrunt sularının ötürülməsi üçün kanalizasiya xəttinin tikintisi ilə bağlı həyata keçirilmiş işlərə baxış keçirib. Aparılan işlərə baxış keçirən rayon rəhbəri aidiyyəti üzrə əlaqədar şəxslərə bir sıra tapşırıq və göstərişlərini verib (iqtisadiyyat.az). Oxunub: 2. 254 Paylaş Continue Reading Previous: Yüksək təzyiqiniz varsa… – Bu meyvəni yeyinNext: “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda elmi-praktik konfrans keçirilib Oxşar xəbərlər Azərbaycanda pensiya xərcləri 10 % artıb admin 14.07.2026 Feyxoa və kividən hazırlanan məhsullar Lənkərandan xarici bazarlara ixrac olunur admin 14.07.2026 Paşatəpə qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi aşkar edilib admin 14.07.2026