
Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir təyin olunub.
Müşfiq Dadaşov Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir vəzifəsinə təyin edilib.
O, pedaqoji fəaliyyətə 2002-ci ildə Biləsuvar rayonu Ə.Rəhmətov adına Zəhmətabad kənd tam orta ümumtəhsil məktəbində tarix müəllimi kimi başlayıb və eyni zamanda Tarix və Coğrafiya fənləri üzrə metodbirləşmənin sədri vəzifəsini də icra edib.
2010–2021-ci illərdə Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində tarix müəllimi və Tarix kafedrasının koordinatoru kimi çalışıb. 2021–2022-ci illərdə həmin müəssisədə Keyfiyyətə Nəzarət Şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
Təyinatdan öncə Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində icraçı direktorun müavini olub.
Müşfiq Dadaşov 1998–2002-ci illərdə Tarix ixtisası üzrə bakalavriat, 2006–2008-ci illərdə isə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub.
2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun doktorantura pilləsinə qəbul olub.
Bir sıra elmi və metodik məqalələrin müəllifidir və müxtəlif yerli və beynəlxalq elmi konfranslarda çıxışlar etmişdir.
Gələcək fəaliyyətində ona uğurlar arzulayırıq.