Skip to content
Cənub Press

Cənub Press

İnformasiya Agentliyi

Primary Menu
  • ANA SƏHİFƏ
  • Ölkə
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Mədəniyyət
  • İdman
  • Əlaqə
  • Haqqımızda
Live

Lənkəranda çəltik əkini müasir texnikalarla aparılır FOTO

admin
foto

Cənub bölgəsində çəltik əkininə başlanılıb. Lənkəranda aprel ayının əvvəllərindən əkinə hazırlıq işlərinə start verilib və şitillər xüsusi şəraitdə yetişdirilib. Artıq bir neçə gündür ki, şitillərin sahələrə köçürülməsinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəranda çəltik əkini Cənubi Koreyadan gətirilmiş müasir texnikalar vasitəsilə həyata keçirilir. Texnikalardan istifadə ənənəvi əl əməyinə nisbətən daha səmərəli olmaqla yanaşı, həm də xərcləri əhəmiyyətli dərəcədə azaldır.

Bu texnikaların üstünlüyü yalnız əkinin keyfiyyətində deyil, eyni zamanda, yüksək iş sürətində də özünü göstərir. Belə ki, bu texnikalar vasitəsilə bir gün ərzində təxminən dörd hektar sahədə əkin aparmaq mümkündür. Şitilləri 25 santimetr dərinliyə qədər torpağa dəqiqliklə basdıran bu maşınlar əkinə başlamazdan əvvəl sahənin tam şəkildə təmizlənməsini tələb edir. Əgər ərazidə daş və ya digər maneələr olarsa, texnikanın sıradan çıxması riski yaranır.

Çəltikçilik sahəsində məhsuldarlığın artırılması məqsədilə bu il əvvəlki illərlə müqayisədə daha geniş əkin sahələri ayrılıb. Əsas hədəf isə dəyişməz qalır: bol məhsul və daha səmərəli əkin prosesi.

Aqronom Möhtəmən Fərziyev builki əkin mövsümünün nəticələrini qiymətləndirərək bildirib ki, keçən il hər hektardan orta hesabla 7,3 ton çəltik əldə olunmuşdu. Bu da olduqca yüksək göstərici sayılırdı. “Daha yüksək nəticələr əldə etməyə çalışırıq. Arzumuz budur ki, məhsuldarlıq hər hektara 7–8 ton səviyyəsində olsun” , – deyə Möhtəmən Fərziyev deyir.

Bu məqsədə çatmaq üçün yeni toxum sortlarının sınaqdan keçirilməsinə başlanılıb. Xüsusilə də Hindistandan gətirilmiş yüksək məhsuldar çəltik sortlarına böyük ümid bəslənilir.

“Əldə etdiyimiz ilkin nəticələr ümidvericidir. Bəzi sahələrdə artıq 5–6 ton məhsul götürmüşük. Bu da onu göstərir ki, düzgün aqrotexniki qulluq və effektiv toxum seçimi ilə məhsuldarlığı artırmaq mümkündür,” – deyə o əlavə edib.

Lənkəran Rayon Statistika İdarəsindən bildirilib ki, ötən il rayonda ümumilikdə 628,1 hektar ərazidə çəltik əkini aparılıb. Bu sahələrdən 2763,4 ton məhsul yığılıb. Orta məhsuldarlıq isə hər hektara 44 sentner təşkil edib.

 

Oxunub: 1. 548
Paylaş

Continue Reading

Previous: XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir
Next: Biləsuvar sakinini ilan sancıb

Oxşar xəbərlər

reyd

Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!

admin
kart bankomat terminal

2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

admin
1

Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib

admin

AXTAR

SON XƏBƏRLƏR

  • Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!
  • 2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında
  • Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib
  • Polis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı
  • Biləsuvarda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib
  • Astrada 2025-ci ilin doqquz ayında pərakəndə əmtəə dövriyyəsi artmışdır
  • Lənkəranda şəhid atası rəhmətə gedib
  • Astarada əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 48,1 faiz artıb
  • Cəlilabadda sürücünün qarşısına çıxan at qəzaya səbəb olub
  • Astara rayonunda 2025-ci ilin doqquz ayında Ümumi məhsul və xidmətlərin həcmi artıb

Populyar XƏBƏRLƏR

  • Ajx4qgJ2VN4gWkwu1C8WCwVj7c6HwXGcmxhkSBYL_825Çin Yerin müşahidəsi texnologiyalarının sınağı üçün orbitə iki peyk çıxarıb
  • nar suyuGündə 1 stəkan içənin ürəyi “saat kimi” işləyir – indi mövsümüdür
  • u2l5w6ertdkppcutfoalunbhmzem0a8n7dneqc2c_825Türkiyəli nazir: Azərbaycanla əlaqələrimizi “bir millət, iki dövlət” prinsipi ilə davam etdirəcəyik
  • 5dIopnkYxYUeN1nSzaiNEHz7u3Oa88RzeVr7NSjG_1200Digər kainata aparan kosmik dəlik kəşf edildi
  • whatsapp_image_2024_09_06_at_1038211725604709Sentyabrın 30-da gözlənilən hava şəraiti
  • 17591436872668542375_1200x630Şəhid anası: Zəng vurdu ki, ana halallıq ver…
  • trampTramp: Qəzzada tezliklə sülh bərpa olunacaq
  • trampTürkiyə, Pakistan və digər ölkələr Trampın Qəzza üzrə sülh planını dəstəkləyib
  • türk preziTürkiyə Prezidenti Ağ Evdəki danışıqların nəticələrini səmərəli adlandırıb
  • 17591417303002049023_1200x630Ukrayna ordusunun Baş komandanı: Dobropol yaxınlığında təqribən 175 kilometrlik ərazi azad edilib

Təqvimlə xəbər axtar

Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    

Redaktor seçimi

reyd

Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!

admin
kart bankomat terminal

2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

admin
1

Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib

admin
qandal

Polis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı

admin
Copyright © All rights reserved.