Cəlilabadda Polis Akademiyasına qəbulla bağlı görüş keçirilib.
DİN-in Polis Akademiyasında ali təhsil almaq arzusunda olan məktəblilər və onların valideynləri ilə görüşlər davam etdirilir.
Cənub Press xəbər verir ki, növbəti belə görüş Akademiyanın nümayəndəsinin iştirakı ilə Cəlilabad Rayon Polis Şöbəsində təşkil olunub. Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev Polis Akademiyasına qəbul şərtləri, tədris prosesi, burada yaradılmış müasir infrastruktur, tədris korpusları, zəngin kitabxana fondu, yataqxana şəraiti, idman və atıcılıq meydançaları, eləcə də kursantların asudə vaxtının səmərəli təşkili üçün mövcud imkanlar şagirdlərin diqqətinə çatdırıb.

İlkin Adıyev
