
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın “Tomahawk” raketlərinin Ukraynaya göndərilməsinə razılıq verib-verməməsi ilə bağlı sualı cavablandırıb.
Cənub Press xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Tramp “Tomahawk” raketlərini Ukraynaya göndərməyə hazırdırmı? sualına Zelenski belə cavab verib:
“Mən prezident Trampın qərarını gözləyirəm. Bəli, təbii ki, biz belə qərarlara ümid edirik, amma baxaq görək nə olur.”
Nərmin Əliyeva, Cənub Press