
Günəşin şimal-şərq hissəsində qeyri-adi dərəcədə böyük protuberans (alovlu çıxıntı) yaranıb.
Cənub Press xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası yayıb.
Alimlərin sözlərinə görə, Günəş bu protuberansı bir neçə dəfə hissə-hissə kosmosa atmağa cəhd edib, lakin bu, hələlik uğursuz alınıb. Təxminən 90 faiz ehtimalla yaxın 1-2 gün ərzində Günəş bütün kütləni bir dəfəyə atacaq.
Mütəxəssislər bildirirlər ki, baş verəcək bu kütlə atımı Merkuriyə toxuna bilər, lakin əgər protuberans Günəş səthində daha 3–4 gün saxlanılarsa, bu halda zərbə dalğası Yerə də çata bilər.
Elm adamları yaxın günlərdə baş verə biləcək Günəş fəallığının artmasının Yer atmosferində və kommunikasiya sistemlərində qısamüddətli təsirlər yarada biləcəyini istisna etmirlər.(Musavat.com)
Nərmin Əliyeva, Cənub Press