
Oktyabrın 11-də Yer kürəsində geomaqnit sahəsinin zəif dalğalanmaları müşahidə olunub.
Cənub Press xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib.
Alimlər qeyd ediblər ki, hazırda mülayim qasırğa qeydə alınır, lakin hələlik heç bir maqnit qasırğası baş verməyib. Hesablamalara görə, tac dəliyindən günəş küləyinin əsas axını oktyabrın 13-nə qədər Yerə çatmayacaq.
Bununla belə, dəliyin kənarı boyunca hərəkət edən sıx günəş küləyi cəbhəsi artıq planetə öz təsirini göstərir.
Alimlər eyni zamanda əlavə ediblər ki, yaxın günlərdə böyük maqnit qasırğaları gözlənilmir.(Oxu.Az)
Nərmin Əliyeva, Cənub Press