
Qoç
Heç bir vacib iş planlaşdırmayın, imkan daxilində yükünüzü azaldın. Şərait həmişə sizin xeyrinizə olmayacaq. İş yerində münaqişələrdən uzaq durun, çünki nüfuzunuzu zədələmə ehtimalı var. Bacardığınız və köməyə ehtiyac duymadan həll edə biləcəyiniz işlərə diqqət yetirin. Adi tapşırıqlarla məşğul olun, uzun müddətdir yığılmış işləri qaydaya salın.
Xırda xoşagəlməzliklərə baxmayaraq, günün nəticələri sizi qane edəcək. Ailəli Qoçlar axşamı yaxın insanları ilə keçirsələr yaxşı olar. Problemlərinizi və narahatlıqlarınızı bölüşüb dəstək ala, gücünüzü bərpa edə bilərsiniz.
Buğa
Səhər özünüzü idarə etmək asan olmayacaq, amma çalışmalısınız. Bir çox Buğalar hər mövzuda mübahisə etmək və haqlı olduqlarını sübut etmək istəyəcəklər. Belə davranış hər zaman uyğun qarşılanmayacaq. Sizin üçün önəmli insanlarla fikir ayrılığı mümkündür, amma ciddi münaqişələr gözlənilmir.
Günün ikinci yarısı daha uğurlu keçəcək. Bir sıra ziddiyyətləri yumşaltmaq və səhvləri düzəltmək mümkün olacaq. Qeyri-adi şəraitdə maraqlı insanlarla tanış ola bilərsiniz. Bəzi işgüzar münasibətlər romantikaya çevrilə bilər.
Əkizlər
İnsanları özünüzə tərəf cəlb etməkdə uğurlu olacaqsınız, hətta əvvəlcə sizə qarşı mənfi münasibətdə olanları belə ram edə biləcəksiniz. Sizin cazibənizə qarşı durmaq çətin olacaq. Müqavilələr bağlayarkən yalnız öz maraqlarınızı deyil, bütün tərəflərin faydasını nəzərə alacaqsınız. İş yerində romanın başlanması da mümkündür. Bir çox Əkizləri gəlirlərinin artması gözləyir, baxmayaraq ki, bu, qısamüddətli olacaq.
Axşam ev işlərinə, yaxınlarınızla ünsiyyətə və yaxşı istirahətə kifayət qədər vaxt və gücünüz olacaq. Sizi narahat edən mövzularda söhbətlər münasibətləri daha səmimi və etibarlı edəcək.
Xərçəng
Günün ilk yarısı işgüzar ünsiyyət üçün xüsusilə əlverişlidir. Nüfuzlu insanlarla aparılan danışıqlar uğurla nəticələnəcək. Qarşınızda cazibədar imkanlar açılacaq, onları vaxtında görmək və qaçırmamaq vacibdir. Gözlənilməz mənbələrdən birdəfəlik pul daxilolmaları mümkündür.
Günün ikinci yarısında bəzi Xərçənglərin diqqəti yayınacaq. İstirahət etmək, özünüzə güzəştə getmək və öhdəliklərə məhəl qoymamaq istəyi yarana bilər. Amma özünüzü toparlamağa çalışın. Ailə üzvləri və ya sevdiyiniz insanla kiçik anlaşılmazlıqlar mümkündür.
Şir
Hətta ən çətin məsələlərin öhdəsindən gələ biləcəksiniz. İlham və intuisiya istənilən çətinliyi aradan qaldırmağa, uğurlu həll yolları tapmağa və rəqibləri qabaqlamağa kömək edəcək. Kollektiv iş üçün əlverişli gündür. İş yoldaşlarınızla əməkdaşlıq səmərəli olacaq və əldə edilən nəticələr gözləntiləri üstələyəcək. Bir çox Şirlər etibarlı tərəfdaşlar qazanacaqlar.
Günün ikinci yarısında plansız alış-verişdən və emosiyalara qapılaraq edilən xərclərdən uzaq durun. Yaxın dostlarla görüş və ya romantik görüş çoxlu müsbət emosiyalar gətirəcək.
Qız
Səbirli olun, bu sizə lazım olacaq. Hər şey birinci cəhddə alınmayacaq. Bəzən yalnız öz işinizi yox, başqalarının səhvlərini də düzəltməli olacaqsınız. İmkan daxilində rəhbərliyin gözünə görünməməyə çalışın. Nəticəsi yalnız sizdən asılı olan işlərlə məşğul olmaq daha yaxşıdır. Düşünülməmiş xərclərdən və emosional alış-verişdən qaçın.
Çətin gündən sonra əksər Qızların yaxşı əhval-ruhiyyəyə ehtiyacı olacaq. Bunun üçün sevdiyiniz insanla ünsiyyət, teatra və ya konsertə getmək, yaxud sadəcə sevdiyiniz məşğuliyyətlə vaxt keçirmək faydalı olacaq.
Tərəzi
Səhəri ən vacib işlərlə başlamaq düzgün olmaz. İş ritminə alışmaq və uyğun əhval-ruhiyyəyə düşmək üçün bir az vaxt lazım olacaq. Gərginlik və narahatlıq hissi yarana bilər, buna görə bu dövrdə vacib qərarlar qəbul etmək və ciddi söhbətlər aparmaq məsləhət deyil. Bir qədər sonra emosiyalarla daha yaxşı baş edə biləcəksiniz və gün uğurlu keçəcək.
Ailəli Tərəzilər axşam planlarını dəyişməli olacaqlar. Ev işləri sizin diqqətinizi tələb edəcək. Çətinlik çəkmədən öhdəsindən gələcəksiniz, amma düşündüyünüzdən daha çox vaxt aparacaq.
Əqrəb
Səhər adi günlərdən daha əsəbi və həyəcanlı ola bilərsiniz. Çoxlu səfərləri olan Əqrəblər vaxtlarını öncədən planlaşdırmalıdırlar ki, gecikməsinlər. Rabitə və ya texniki avadanlıqla bağlı xırda nasazlıqlar mümkündür, amma bunları asanlıqla aradan qaldırmaq olar.
Axşam ictimai həyat, dost məclisləri və romantik görüşlər üçün əlverişli olacaq. Uzun müddət davam edən münasibətlərə yeni nəfəs verə bilərsiniz. Yeni başlayan münasibətlər isə parlaq təəssüratlar və emosional yüksəliş gətirəcək.
Oxatan
Səhər ruh yüksəkliyi hiss edəcəksiniz, bu da çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. İş yoldaşları və tərəfdaşlarla razılıq əldə etmək adi günlərdən daha sürətli alınacaq. Sizə məmnuniyyətlə kömək edəcəklər. Bağlanan müqavilələr gəlirli olacaq. Bir çox Oxatanlar rəhbərliyin gözündə yaxşı təəssürat yaradacaqlar. Bəzi işgüzar münasibətlər romantik istiqamət alacaq.
Axşam qonaqları qəbul etmək və ya qonaq getmək üçün münasib vaxtdır. Siz həm enerji toplayacaq, həm də maraqlı insanlarla yeni tanışlıqlar quracaqsınız. Hədiyyələr və xoş diqqət nişanları da mümkündür.
Oğlaq
Günün əvvəlində vacib işlər planlaşdırmayın. Əsas məsələlərə diqqət toplamaq və xırdalıqlardan yayınmaq çətin olacaq. Ətrafınızdakılarla mübahisələrdən uzaq durun, çünki öz mövqeyinizi müdafiə etmək adi günlərdən daha çətin olacaq. Qarşısı alına bilən gözlənilməz xərclər mümkündür. Buna baxmayaraq, ciddi problemlər olmayacaq və xırda çətinliklərin öhdəsindən uğurla gələcəksiniz.
Tədricən müsbət tendensiyaların təsiri güclənəcək. Bəzi Oğlaqlar üçün yeni imkanlar açılacaq. Gözləmədiyiniz insanlardan yardım təklifi ala bilərsiniz.
Dolça
Bu gün uğurlu və məhsuldar olacaq. Sizin enerjiniz və həvəsiniz ətrafdakıları da ruhlandıracaq və uzun müddət həll olunmayan məsələləri yoluna qoymağa kömək edəcək. Cazibədarlığınız və şəxsi təsiriniz artacaq. Hətta sizə qarşı mənfi münasibətdə olanlarla da ortaq dil tapa biləcəksiniz. Bəzi Dolçalar nüfuzlu himayədarlar və ya etibarlı müttəfiqlər qazanacaqlar. İş yerində romantik münasibətlərin başlaması mümkündür.
Axşam özünüzü idarə etmək və prioritetləri düzgün müəyyənləşdirmək çətin olacaq. Yükünüzü azaldın, dincəlməyə və bərpa olunmağa vaxt ayırın. Yaxınlarınız sizi anlayışla qarşılayacaq və qayğınızı çəkəcəklər.
Balıqlar
Ətrafınızdakı insanları özünüzə tərəf çəkməyi bacaracaqsınız. Fikirləriniz dəstək və təsdiq tapacaq. İş yoldaşlarının və rəhbərliyin gözündə nüfuzunuzu gücləndirmək mümkün olacaq. Bu gün bilik və bacarıqlarınızı artırmaq, yeni vərdişlər qazanmaq üçün əlverişlidir. Bağlanan müqavilələr faydalı olacaq, nəzərəçarpacaq gəlir əldə edə biləcəksiniz. Gələcək üçün möhkəm baza qurmaq mümkün olacaq.
Ailəli Balıqlar axşamı ev işlərinə və bəzi qohumların problemlərinin həllinə sərf etməli olacaqlar. Bu, çətin olmayacaq, amma əvvəlcədən planlaşdırılmış işlərinizi dəyişməyinizə səbəb olacaq.(Bizimyol.info)
Nərmin Əliyeva, Cənub Press