
ABŞ-ın Virciniya ştatının Riçmond şəhərində yaşayan Alfreda Hokins təsadüfən 100 min dollar qazanıb.
Cənub Press xarici mediaya istinadla bildirir ki o, evdə şkafı yığışdırarkən köhnə lotereya biletinə rast gəlib. Hokins biletləri bir-bir yoxlayıb və onlardan biri uğurlu çıxıb.
Qalib qadın bildirib ki, hələ pulun necə xərclənəcəyinə qərar verməyib. Onun sözlərinə görə, böyük ehtimalla məbləğin bir hissəsi ailə xərclərinə, qalan hissəsi isə istirahətə sərf olunacaq.
Nərmin Əliyeva, Cənub Press