
Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda baş verən qəzada “VAZ 2107″nin sürücüsü, Cəlilabad rayonunun Sabirabad kənd sakini, 1986-cı il təvəllüdlü Abışov Mahir Ədalət oğlu ağır xəsarətlər alıb.
Cənub Press xəbər verir ki, o, xəstəxanaya aparılarkən yolda həyatını itirib.
14:48
Biləsuvar rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.
Cənub Press xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Arazbari kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, “VAZ 2107” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində ölən və yaralananlar var.
Hazırda faktla bağlı araşdırma aparılır.(Azərtac)
Nərmin Əliyeva, Cənub Press