
Yardımlı rayonunun Məlikli kəndində yanğın baş verib.
Cənub Press xəbər verir ki, ümumi sahəsi 160 m² olan tövlənin yanar konstruksiyaları və tövlənin içərisinə yığılan 12 ton ot bağlaması yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb edilib. Yaxınlıqdakı tikililər alovdan mühafizə olunub. Yanğın söndürülüb.(Cənublu.Az)
Nərmin Əliyeva, Cənub Press