
Zoğal tərkibindəki C vitamini və güclü antioksidantları ilə xərçənglə mübarizədə mühüm rol oynaya bilər. Cənub Press xəbər verir ki, aparılan son araşdırma elm aləmində böyük maraq doğurub.
Cənub Press xəbər verir ki, Cornell Universitetində həyata keçirilən təcrübələrdə zoğal (mərcanı) ekstraktlarının döş xərçəngi hüceyrələri üzərində təsiri öyrənilib. Nəticələr isə gözlənildiyindən də təsirli olub – zoğal ekstraktlarının tətbiqindən sonra xərçəng hüceyrələrinin əksəriyyətinin cəmi 4 saat ərzində məhv olduğu müəyyən edilib.
Zoğal uzun illərdir ki, antioksidant, iltihab əleyhinə və antibakterial xüsusiyyətləri ilə tanınır. Son tədqiqat isə bu meyvənin xərçənglə mübarizədə də dəstəkçi rol oynaya biləcəyini ortaya qoyub.
Zoğalın digər faydaları:
-
Güclü antioksidant mənbəyidir – tərkibində C və A vitaminləri ilə orqanizmi qoruyur.
-
İmmuniteti gücləndirir, orqanizmin müdafiə qabiliyyətini artırır.
-
Qan təzyiqini tənzimləyir, xolesterini balanslaşdırır və ürək-damar sağlamlığını dəstəkləyir.
-
Sidik yolu infeksiyalarının qarşısını alır.
-
Bədəndəki iltihabı azaldır.
-
Liflə zəngin olduğu üçün həzm sistemini gücləndirir.
Mütəxəssislər qeyd edirlər ki, zoğalın qida rasionuna müntəzəm daxil edilməsi həm ümumi sağlamlığa, həm də ciddi xəstəliklərin qarşısının alınmasına yardımçı ola bilər.