
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Oktay Əmənullayev qəbul qrafikinə uyğun olaraq vətəndaşları qəbul edib.
Cənub Press xəbər verir ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyulan tapşırıqların icrası məqsədilə keçirilən qəbul prosesində Cəlilabad RMX-nın aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Müayinə, müalicə, işlə təmin olunma və digər mövzuları əhatə edən müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub.
Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Nərmin Əliyeva, Cənub Press