
Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən ümumtəhsil məktəblərində hərəkət iştirakçılarının maarifləndirilməsi məqsədilə görüşlər keçirilib.
Cənub Press xəbər verir ki, çıxış edən RPŞ-nin dövlət yol polisi bölməsinin rəisi, polis kapitanı Rauf Əzimov bildirib ki, keçirilən maarifləndirici tədblərin məqsədi məktəbliləri yol hərəkətinin təhlükəsizliyi qaydaları ilə tanış etmək və onların iştirakı ilə baş verə biləcək qəza hadisələrinin qarşısını almaqdır. Yollarda quraşdırılan svetaforlar, yol nişanları barədə şagirdlərə məlumat verilib, onlara yolu keçərkən mütləq piyada keçidlərindən istifadə etmələrinin zəruriliyi izah edilib.
Yol polisi əməkdaşları həmçinin bu istiqamətdə sürücülərlə də maarifləndirmə işini davam etdirir, onlara təhsil müəssisələrinin qarşısında sürəti minimuma endirmək, piyadalara, xüsusilə uşaqlara yol vermək, manevr etmə zamanı diqqətli olmaq və hərəkətin təhlükəsizliyi ilə bağlı digər mühüm qaydalara əməl etmələri barədə xəbərdarlıq edirlər.
Nərmin Əliyeva, Cənub Press