
Lənkəran Şəhər Rasim Məmmədov adına 5 nömrəli tam orta məktəbində Vətən müharibəsi şəhidi Samir Allahverdiyev adına salınan Mini futbol meydançasının açılışı olub.
Cənub Press xəbər verir ki, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Millət vəkili, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Lənkəran Şəhər Təhsil Sektorunun müdiri Ağamməd Şəmmədov, şəhid ailələri üzvləri, müharibə veteranları, əlaqədar təşkilatların nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər. Qeyd edək ki, Şəhid Samir Allahverdiyev adına Mini futbol meydançası Millət vəkili Fariz İsmayılzadənin təşəbbüsü və yerli sahibkarlar-məktəb məzunlarının maliyyə dəstəyi ilə yaradılıb. İlk olaraq şəhidlər 1 dəqiqəlik sükutla və Azərbaycan Respublikasının Dövlət himinin səsləndirilməsi ilə başlanıldı. Mini futbol meydançası ilə tanış olandan sonra Lənkəran ŞİH başçısı Taleh Qaraşov və Millət vəkili Fariz İsmayılzadə tədbirdə çıxış edtilər. Yaradılan şəraitlə bağlı dəstəyi olan və əməyi keçən şəxlərə minnətdarlıqlarını ifadə etdilər. Daha sonra qonaqlar məktəbdə Şəhidlərin xatirəsinə yaradılan muzeyin şəraitlə tanış oldular.
Nərmin Əliyeva, Cənub Press