Skip to content
Cənub Press

Cənub Press

İnformasiya Agentliyi

Primary Menu
  • ANA SƏHİFƏ
  • Ölkə
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Mədəniyyət
  • İdman
  • Əlaqə
  • Haqqımızda
Live

Balın faydası ilə yanaşı, bəzi zərərləri var

admin
1534338

Bal əsrlərdir həm qida, həm də təbii şəfa mənbəyi kimi istifadə olunur. Tərkibindəki təbii şəkərlər, vitaminlər, minerallar və antioksidantlar sayəsində həm enerji verici, həm də immuniteti dəstəkləyici xüsusiyyətlərə malikdir. Lakin mütəxəssislər bildirirlər ki, balın faydaları ilə yanaşı, düzgün istifadə olunmadıqda sağlamlıq üçün risklər də yarada bilər.

Cənub Press bildirir ki, balın ən mühüm xüsusiyyətlərindən biri güclü antioksidant mənbəyi olmasıdır. Antioksidantlar hüceyrə zədələnməsini azaldaraq ürək-damar sağlamlığını qoruyur, xroniki xəstəliklər və erkən qocalmaya qarşı qoruyucu təsir göstərir. Daimi və ölçülü qəbul edildikdə immuniteti gücləndirir, boğaz ağrılarını və öskürəyi yüngülləşdirir, həzm sistemini dəstəkləyir. Səhər acqarına qəbul edilən bal orqanizmi sürətlə enerji ilə təmin edir, bağırsaqların fəaliyyətini gücləndirir və zehni oyanıqlığı artırır. Bir stəkan ilıq suya əlavə olunan bir çay qaşığı bal metabolizmanı sürətləndirir, toksinlərin bədəndən atılmasına yardım edir. Lakin diabet xəstələrinin balı yalnız həkim nəzarətində və ölçülü şəkildə qəbul etməsi vacibdir.

Gecə bal yemək bəzi insanlarda yuxunu asanlaşdıra bilsə də, çox qəbul edildikdə həzmi çətinləşdirə və yuxu keyfiyyətini poza bilər. Reflü və qastrit xəstələrində mədə turşusunu artıraraq narahatlıq yarada bilər. Üstəlik, dişlər təmizlənmədikdə çürük riskini yüksəldir.

Bal ümumiyyətlə təhlükəsiz olsa da, bəzi hallarda yan təsirlərə yol aça bilər. Ən böyük risk allergiyadır. Polen allergiyası olan şəxslərdə qaşınma, səpkilər və nəfəs darlığına səbəb ola bilər.

Digər mühüm risk isə botulizmdir:

Balın tərkibində “Clostridium botulinum” bakteriyasının sporları ola bilər və bu, körpələr üçün ciddi təhlükə yaradır. Bu bakteriyanın yaratdığı botulizm qida zəhərlənməsi növü sinir sisteminə təsir edir və əzələ iflici, tənəffüs çətinliyi, hətta ölüm kimi fəsadlara səbəb ola bilər. Sağlam böyüklərdə və 1 yaşdan yuxarı uşaqlarda bağırsaq sistemi bu bakteriya sporları ilə mübarizə apara bilir. Lakin 1 yaşdan kiçik körpələrdə bağırsaq florası tam inkişaf etmədiyi üçün bakteriya orqanizmdə çoxala və toksin ifraz edə bilər, bu da həyati təhlükə yarada bilər. Buna görə 1 yaşdan kiçik uşaqlara bal verilməsi qəti şəkildə olmaz.

Nərmin Əliyeva, Cənub Press

Oxunub: 149
Paylaş

Continue Reading

Previous: Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb
Next: Tərləmək hansı xəstəliklərin əlamətidir?

Oxşar xəbərlər

reyd

Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!

admin
kart bankomat terminal

2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

admin
1

Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib

admin

AXTAR

SON XƏBƏRLƏR

  • Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!
  • 2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında
  • Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib
  • Polis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı
  • Biləsuvarda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib
  • Astrada 2025-ci ilin doqquz ayında pərakəndə əmtəə dövriyyəsi artmışdır
  • Lənkəranda şəhid atası rəhmətə gedib
  • Astarada əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 48,1 faiz artıb
  • Cəlilabadda sürücünün qarşısına çıxan at qəzaya səbəb olub
  • Astara rayonunda 2025-ci ilin doqquz ayında Ümumi məhsul və xidmətlərin həcmi artıb

Populyar XƏBƏRLƏR

  • kart bankomat terminal2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında
  • qandalPolis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı
  • 1Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib
  • reydBir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!
  • reydBiləsuvarda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib
  • nasaNASA: “2035-ə qədər Ayda yaşayış ola bilər”
  • surekli-usume-hissi-gSəbəbsiz üşümənin yaratdığı narahatlıqlar
  • 1295989Kompüterlərin sonu yaxınlaşır, yerini görün nə tutacaq
  • 46645f5d-99d4-35e8-a78d-76c762c83d00_825KİV: ABŞ Rusiyaya zərbə endirmək üçün Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edəcək
  • 1702114867_burcler-1Bu BÜRCLƏR milyonçu olacaq

Təqvimlə xəbər axtar

Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    

Redaktor seçimi

reyd

Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!

admin
kart bankomat terminal

2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

admin
1

Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib

admin
qandal

Polis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı

admin
Copyright © All rights reserved.