Skip to content
Cənub Press

Cənub Press

İnformasiya Agentliyi

Primary Menu
  • ANA SƏHİFƏ
  • Ölkə
  • Dünya
  • Cəmiyyət
  • Sağlamlıq
  • Mədəniyyət
  • İdman
  • Əlaqə
  • Haqqımızda
Live

İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib

admin
1293226_7

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib.

Cənub Press xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına Yaradıcılıq Evində yaradılmış şərait barədə məlumat verdi.

Bildirildi ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən kompleksin ərazisi 3 hektara yaxındır. Burada “suite” və “standart” tipli olmaqla ümumilikdə 43 otaq var. Kompleksdəki 174 yerlik konfrans zalında müxtəlif tədbirlərin, o cümlədən yaradıcılıq gecələrinin, yazıçılarla görüşlərin və digər mədəni tədbirlərin keçirilməsi mümkün olacaq. Burada kinoteatr, kitabxana, qapalı, həmçinin açıq havada restoranlar, kafe, fitnes zonası da fəaliyyət göstərəcək. Eyni zamanda, futbol, tennis və uşaq oyun meydançaları da istirahət edənlərin ixtiyarına veriləcək.

Qeyd edək ki, kompleksin bu cür müasir səviyyədə inşası ölkəmizdə yaradıcı insanların fəaliyyətinə göstərilən dövlət dəstəyinin növbəti təzahürü olmaqla, ilk növbədə, onların istirahətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət nəticəsində yaradılmış şərait mədəniyyət və incəsənət sahəsində çalışanların fəaliyyətinin daha da canlanmasına səbəb olmaqla yanaşı, bu sahənin inkişafına mühüm töhfə verir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yaradıcı şəxslərin fəaliyyətinin stimullaşdırılması, onların əməyinə yüksək qiymətin verilməsi, sosial təminatlarının, mənzil-məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Bundan başqa, istirahət və yaradıcılıq imkanlarının genişləndirilməsi məqsədilə yaradıcılıq ittifaqlarının, yaradıcılıq evlərinin və sanatoriyaların fəaliyyəti də dövlət səviyyəsində dəstəklənir.

Nərmin Əliyeva, Cənub Press

Oxunub: 165
Paylaş

Continue Reading

Previous: Paytaxta külli miqdarda narkotik vasitə və psixotrop maddə gətirmək istəyən şəxs Cəlilabadda saxlanılıb
Next: Piylənmənin səbəbləri nədir ?

Oxşar xəbərlər

reyd

Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!

admin
kart bankomat terminal

2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

admin
1

Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib

admin

AXTAR

SON XƏBƏRLƏR

  • Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!
  • 2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında
  • Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib
  • Polis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı
  • Biləsuvarda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib
  • Astrada 2025-ci ilin doqquz ayında pərakəndə əmtəə dövriyyəsi artmışdır
  • Lənkəranda şəhid atası rəhmətə gedib
  • Astarada əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 48,1 faiz artıb
  • Cəlilabadda sürücünün qarşısına çıxan at qəzaya səbəb olub
  • Astara rayonunda 2025-ci ilin doqquz ayında Ümumi məhsul və xidmətlərin həcmi artıb

Populyar XƏBƏRLƏR

  • 550687654_648429338326566_4550208741557775008_nAstara gənclərinə “İlkin Tibbi Yardım” təlimi keçirilib
  • hghghMasallıda antik dövrə aid küp məzarı tapıldı
  • 4674c0510468290d1a6f6972c9e0941bGöytəpə şəhərində yolların asfaltlanması ilə yanaşı piyada səkilərində də təmir işləri həyata keçirilir
  • burcUlduz falı: 25 sentyabr, 2025-ci il
  • 554038173_649424191560414_1756521897628818558_nAstarada “27 Sentyabr – Anım Günü ” ilə bağlı tədbir keçirilib
  • 4a110f36-d576-48fb-8ebf-668213294007Lənkəranda marşrut avtobusunun vurduğu velosipedçi xəstəxanada ölüb
  • 2019-11-23-18-41-44lGOZGHSspRL4rNTcxr3C_fileMüharibədən sonra uşaqlara Xudayar, Polad, Zəfər kimi adların verilməsində artım yaşanıb
  • ərtoğanTramp: ABŞ günün sonuna qədər Türkiyəyə F-35 və Patriot satışı ilə bağlı qərar verə bilər
  • 86f3de64088d13b1d4f2892aa42e69d2Cəlilabadda 27 Sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
  • kənanOndan kömək istəyən təqaüdçülərin pulunu ələ keçirdi, polis saxladı

Təqvimlə xəbər axtar

Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    

Redaktor seçimi

reyd

Bir qayda – bir həyat: Yol hərəkəti qaydalarına əməl et!

admin
kart bankomat terminal

2025-ci ilin doqquz ayında Astara rayonunda əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

admin
1

Lənkəranda 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli Zəfər bayramı qeyd edilib

admin
qandal

Polis Masallıda silsilə oğurluqlar edən şəxsi saxladı

admin
Copyright © All rights reserved.