Cəlilabadda yeni park salınacaq admin 23.05.2025 Cəlilabad rayonunda sakinlərin istifadəsinə yeni park veriləcək. Cənub Press xəbər verir ki, yeni park şəhərin Bayraq Meydanı ətrafında salınacaq. Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov aparılan yenidənqurma və abadlıq-quruculuq işləri ilə tanış olub. O, şəhərin İlqar Zeynalov küçəsində yerləşən çoxmənzilli binaların həyətində aparılan abadlıq-quruculuq işlərinə, Zərifə Əliyeva və Koroğlu küçəsinin kəsişməsində inşa olunan çoxmənzilli binanın tikintisinə, Bayraq Meydanı ətrafında salınacaq yeni parkın ərazisinə və 28 May küçəsində qrunt sularının ötürülməsi üçün kanalizasiya xəttinin tikintisi ilə bağlı həyata keçirilmiş işlərə baxış keçirib. Aparılan işlərə baxış keçirən rayon rəhbəri aidiyyəti üzrə əlaqədar şəxslərə bir sıra tapşırıq və göstərişlərini verib (iqtisadiyyat.az). Oxunub: 2. 239 Paylaş Continue Reading Previous: Yüksək təzyiqiniz varsa… – Bu meyvəni yeyinNext: “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda elmi-praktik konfrans keçirilib Oxşar xəbərlər ““FunEasyLearn” tətbiqinin köməyi ilə şagirdlərin ingilis dili üzrə bacarıqlarının inkişaf etdirilməsi” adlı layihənin bağlanışı olub admin 08.06.2026 Bölgələrdə ilk dəfə olaraq Biləsuvar Təhsil Kompleksində Konfutsi Mərkəzi açılıb admin 03.06.2026 “İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsi yekunlaşıb admin 22.05.2026