Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi çərçivəsində qalib seçilən “Süni intellektdə yeni dövr: müəllimlər və şagirdlər üçün rəqəmsal inkişaf” adlı layihənin rəsmi açılış mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış zamanı məktəbin direktoru Leyla Əliyeva çıxış edərək layihənin əhəmiyyətindən, müasir təhsildə innovasiya və süni intellektin rolundan bəhs edib.
Daha sonra layihənin rəhbəri, Aynurə Hacıyeva, layihənin gedişatı, qarşıda duran məqsədlər və həyata keçiriləcək fəaliyyətlər barədə qonaqlara ətraflı məlumat verdi. Layihənin əsas məqsədi müəllim və şagirdlərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, təhsildə süni intellektin tətbiq imkanlarını genişləndirməkdir.

