Astara rayonunda 2026-cı ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi əkininə başlanılmışdır. 2025-ci il dekabr ayının 1-i vəziyyətinə 68,6 hektar sahədə təmiz herik şumu aparılmış və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Səpin aparılmış sahənin 46,6 faizi və ya 32,0 hektarı buğda, 53,4 faizi və ya 36,6 hektarı arpa əkinlərinin payına düşür.
Cənub Press xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 26,2 faiz, o cümlədən buğdanın səpin sahəsi 61,2 faiz azalmış, arpanın səpin sahəsi isə 3,5 dəfə artmışdır.
