2025-ci il noyabrın 1-i vəziyyətinə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 8150 nəfər olmuş, onlardan 5709 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 2441 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Cənub Press xəbər verir kiŞ muzdla işləyənlərin 37,3 faizi təhsil, 21,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi sənaye, 6,8 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi istirahət, əyləncə və incəsənət sahəsində, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,8 faizi tikinti, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, 3,4 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2025-ci ilin yanvar- oktyabr aylarında rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,1 faiz artaraq 709,4 manat olmuşdur. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə; sosial təminat, nəqliyyat və anbar təsərrüfatı, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, eləcə də digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
