Sentyabrın 17-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran Gənclər evinin birgə təşkilatçılığı ilə “20 Sentyabr-Dövlət Suverenliyi Günü” münasibəti ilə tədbir keçirilib.
Cənub Press xəbər verir ki, tədbirdə Antiterror əməliyyatı zamanı şəhid olmuş igidlərimizin ailə üzvləri, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Lənkəran Gənclər evinin əməkdaşları və gənclər iştirak edib.
Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə şəhid ailə üzvləri çıxış edərək şəhidlərimizin şərəfli döyüş və ömür yolundan, vətənə və dövlətə sədaqətlərindən, qorxmazlıqlarından, igidliklərindən danışıblar.
Bildiriblər ki, gələcək nəsil də bu şərəfli yolu özlərinə rəhbər tutsunlar, vətəni müdafiə etmək, ərazi bütövlüyünü qorumaq hər bir Azərbaycan gəncinin ali məqsədi olsun.
Sonda “Səbrin sonu” adlı sənədli film nümayiş olunub.
Tədbirdə 50 nəfər iştirak edib.
Nərmin Əliyeva, Cənub Press
