
“Colgate” diş pastası Argentinada yerli əhalinin xoralar və şişliklərlə bağlı şikayətlərinə görə qadağan edilib.
Cənub Press publika.az-a istinadən xəbər verir ki, bu barədə Argentina hökumətinin rəsmi saytında məlumat verilib.
Bildirilir ki, Dərmanların, Qida və Tibbi Texnologiyaların Keyfiyyətinə Nəzarət üzrə Milli Qurum (ANMAT) belə bir qadağa tətbiq etmək qərarına gəlib.