
Qoç
Xüsusilə çətin işlərə dərhal başlamaq lazım deyil: səhər saatlarında bu cür məsələlərə diqqət toplamaq çətin olacaq, üstəlik, vacib bir detalı gözdən qaçırmaq riski var. Düşüncələrinizi toplamaq və lazımi əhval-ruhiyyəyə köklənmək üçün bir qədər vaxt tələb olunacaq. Əgər bəzi məsələlərin həllini təxirə salmaq mümkün deyilsə, kimdən kömək istəyə biləcəyinizi düşünün. Böyük ehtimalla, belə insanlar elə yaxınlığınızda olacaq.
Günün ikinci yarısı yaxınlarla ünsiyyət üçün xüsusilə əlverişli olacaq. Əgər dostlarla bir yerə getsəniz, təkcə vaxtınızı yaxşı keçirməyəcək, həm də onlardan maraqlı və faydalı məlumatlar alacaqsınız. Axşam saatlarında baş tutacaq romantik görüş də sizi məyus etməyəcək.
Buğa
Maraqlı gün olacaq, baxmayaraq ki, onu asan adlandırmaq olmaz. Qarışıqlıq və narahatlıqdan yayınmaq üçün günə nə ilə məşğul olacağınızı mümkün qədər tez müəyyən edin və sonra diqqətinizi xırda məsələlərə yayındırmadan işinizə davam edin. Böyük ehtimalla ətrafdakılar işlərinizə qarışmağa çalışacaqlar. Əvvəlcə bu sizi əsəbiləşdirəcək, amma sonra başa düşəcəksiniz ki, onların enerjisindən öz xeyrinizə istifadə etmək olar.
Günün ikinci yarısında əvvəllər sizdə nə rəğbət, nə də hörmət oyatmış insanlarla görüşlərdən yayınmaq çətin olacaq. İstisna deyil ki, bu dəfə bu görüşlər sizi əvvəlki qədər narahat etməyəcək, hətta xoş hisslər oyada bilər. Bu cür dəyişiklik sizi çox sevindirəcək.
Əkizlər
Bu həftə buraxdığınız səhvləri düzəltmək fürsətini qaçırmayın. Əgər tez hərəkət etsəniz, uzun müddət təxirə salınmış bir neçə işi birdən həll edə bilərsiniz. Köhnə tanışlar kömək istəsəniz, imtina etməyəcəklər. Amma ən vacib məsələləri müstəqil şəkildə həll etmək daha yaxşıdır: bu işi sizdən yaxşı heç kim bacarmayacaq.
Gün, itirilmiş əlaqələri bərpa etməyə, küslü olduğunuz insanlarla barışmağa çox uyğundur. İnsiyativ göstərməkdən çəkinməyin – bu yerində olacaq və sizin üçün vacib olan insanı sevindirəcək. Xüsusilə münasibətlərdə xırda anlaşılmazlıqlar – məsələn, maliyyə məsələləri, işgüzar fikir ayrılıqları və ya məişət mövzusunda toplanmış gərginliklər səbəbilə soyumuş əlaqələri bərpa etmək asan olacaq.
Xərçəng
Səhər saatlarından etibarən müdrik və səbirli olmağa çalışın. Bu zaman keçmişin xoşagəlməz situasiyaları, həll olunmamış münaqişələr, yerinə yetirilməmiş vədlər yaddan çıxa bilər. Bütün bunlarla məşğul olmaq sizə düşəcək; yayınmaq ehtimalı azdır. Əgər tələsməsəniz, hər şeyin öhdəsindən gələcəksiniz. Unutmayın ki, ilk ağlınıza gələn qərarlar çox güman ki, düzgün olmayacaq. Ona görə də hər hansı bir addım atmadan əvvəl vəziyyəti sakit şəkildə analiz etmək daha doğrudur.
Tədricən müsbət meyllərin təsiri artacaq, günün ortası olduqca xoş keçəcək. Bu zaman, xüsusilə qeyri-adi bir planı olan Xərçənglər sevinc hissi yaşayacaqlar. Planlarınız nə qədər cəsarətli və orijinal olsa, onların uğurla həyata keçmə ehtimalı bir o qədər yüksək olacaq.
Şir
Günün ilk yarısı həftə boyunca yığılıb qalmış məsələləri və diqqət tələb edən işləri həll etmək üçün münasib zamandır. Heç kimdən kömək istəmədən də bunların öhdəsindən tez gələcəksiniz. Həm də bu müddətdə öz ideyalarınızı heç kimlə bölüşmədən həyata keçirmək fürsətiniz olacaq və əldə etdiyiniz nəticələr sizi sevindirəcək.
Günün ortasında yaxınlarınızdan kimsə sizin dəstəyinizə ehtiyac duya bilər. Planlarınızı dəyişdirməli, əyləncə, alış-veriş və ya görüşləri təxirə salmalı olsanız belə, onlara köməkdən imtina etməyəcəksiniz. Axşam, sevdiyiniz insanlarla birlikdə keçirsəniz, çox xoş keçəcək. Ev şəraitində kiçik bir bayram və ya qeyri-adi romantik bir görüş təşkil edə bilərsiniz.
Qız
Emosiyalara qapılmamaq və hər vəziyyətdə sağlam düşüncə ilə hərəkət etmək bacarığınız bu gün çox faydalı olacaq. Gün bir qədər çətin keçə bilər: bir neçə vacib məsələni həll etməli, mürəkkəb işlərin öhdəsindən gəlməli və başqasının səhvlərini düzəltməli olacaqsınız. Amma hər şey ardıcıl şəkildə aparılsa və daxili tarazlıq qorunsa, bütün bunların öhdəsindən gəlmək mümkündür. Lakin ani emosional reaksiya versəniz, məyusedici səhv edə bilərsiniz.
Buna baxmayaraq, maliyyə baxımından gün çox uğurlu olacaq. Planlaşdırılmış gəlirlər də mümkündür, gözlənilməz maliyyə axınları da. Gün alış-veriş üçün də münasibdir.
Tərəzi
Bütün maneələri aşmaq mümkündür. Əgər tərəddüdləri bir kənara qoyub günü vacib işlərdən başlasanız, gün çox məhsuldar keçəcək. Əgər çoxdan hansısa çətin məsələnin həllinə başlamaq istəyirdinizsə, lakin bunun öhdəsindən gələ biləcəyinizə əmin deyildinizsə, indi tam zamanıdır. Şərait çox əlverişlidir, sizdən sadəcə tərəddüd etmədən fürsətdən istifadə etmək tələb olunur.
Daha əvvəl dəstəyinə bel bağlamadığınız insanlar özləri təşəbbüs göstərəcək, ideyalarınızı eşitmək və onları reallaşdırmaq üçün sizə kömək təklif edəcəklər. Birgə layihələr həm dostluq, həm də romantik münasibətlərin başlanğıc nöqtəsi ola bilər – burada hər şey sizin hansı formatı seçməyinizdən asılıdır.
Əqrəb
Prioritetləri düzgün müəyyənləşdirmək vacibdir və bunu nə qədər tez etsəniz, bir o qədər yaxşıdır. Günün necə keçəcəyi çox dərəcədə enerjinizi hansı istiqamətə yönləndirəcəyinizdən və nəyə fokuslanacağınızdan asılı olacaq. Çətin bir işə başlamazdan əvvəl düşünün: siz inadkarlıq və israrla davranmağa hazırsınızmı, məqsədə çatmaq üçün əngəlləri aşmaq istəyirsinizmi? Hər şeyin özü-özünə yoluna düşəcəyinə bel bağlamaq olmaz, uğur qazanmaq üçün ciddi səy göstərmək lazımdır. Əgər belə işləri təxirə salmaq mümkündürsə, bunu etmək daha yaxşı olar.
Bu bazar üçün planlar qurarkən nəzərə alın ki, müsbət meyllərin təsiri tədricən artacaq. Ən vacib və ciddi məsələləri (istər işlə, istər söhbətlə bağlı) günün ikinci yarısına salmaq daha yaxşı olar, çünki o zaman ulduzlar sizə daha çox dəstək göstərəcəklər.
Oxatan
Günün özü pis deyil, amma onu daha da yaxşı etmək sizin öz əlinizdədir. Bunun üçün diqqətli olun və illüziyalara qapılmayın. Ola bilsin ki, bəzi məsələlərdə şansınız gətirməsin. Amma əgər ardıcıl və inadkar olsanız, uzun müddətdir arzuladığınız məqsədə nail ola bilərsiniz. Üzərinizə götürdüyünüz hər bir işə ciddi və məsuliyyətli yanaşın, düşünülməmiş və impulsiv qərarlardan yayınmağa çalışın.
Əvvəllər ciddi səhvlərə yol vermiş Oxatanlar bu gün onları düzəltmək şansı əldə edəcəklər. Bu, əməlli-başlı səy tələb edəcək, amma hər şey geridə qaldıqdan sonra özünüzü daha sakit və əmin hiss edəcəksiniz. Gənc Oxatanlar isə bu gün yaxın gələcəkdə onlara lazım olacaq dəyərli təcrübə əldə edəcəklər.
Oğlaq
Diqqətinizi sadə və faydalı işlərə, praktiki məsələlərin həllinə yönəldin. Adi tapşırıqların öhdəsindən tez gələcəksiniz, yeni olanlar bir az daha çox vaxt tələb edəcək, amma onlar da ciddi çətinlik yaratmayacaq. Bəzi Oğlaqlar əlavə gəlir mənbəyi tapacaq və ya hobbiləri vasitəsilə necə pul qazana biləcəklərini düşünəcəklər.
Bu gün həm də nəsə öyrənmək üçün uyğundur. Əsas odur ki, bu sizi həqiqətən maraqlandırsın və əldə etdiyiniz bilikləri necə tətbiq edəcəyinizi anlayasınız. Vaxt, enerji və pula qənaət etməyə kömək edəcək bilikləri mənimsəmək sizin üçün asan olacaq.
Dolça
Bu gün qətiyyətli və cəsarətli hərəkət etməyin zamanıdır. Bu gün ulduzlar sizə çox dəstək verir. Həddindən artıq ehtiyatlılıq, uzun-uzadı düşüncələr, bütün mümkün hadisə ssenarilərini əvvəlcədən təxmin etməyə çalışmağınız sizə yalnız zərər verə bilər. Odur ki, intuisiya ilə hərəkət edin – bu gün o çox güclüdür və vaxtında sizə nə etmək lazım olduğunu pıçıldayacaq.
Əvvəllər gözünüzdən qaçan bir çox imkanları bu gün görəcək və onlardan necə istifadə edəcəyinizi anlayacaqsınız. Sizin ideyalarınız dərhal hamının xoşuna gəlməyə bilər, amma bir qədər sonra hamı sizin haqlı olduğunuzu etiraf edəcək. Standart olmayan yanaşmanız sayəsində əvvəllər hər kəsi çıxılmaz vəziyyətə salan məsələlərin öhdəsindən asanlıqla gələcəksiniz. Bəzi Dolçalar son vaxtlar narahat edən suallara cavab tapacaqlar.
Balıq
Bu gün böyük qələbələr və başgicəlləndirici uğurlarla yadda qalmayacaq, amma ciddi uğursuzluqlar da olmayacaq. Bunun əvəzində siz vacib bir şey öyrənmək, özünüzü və ətrafınızdakıları daha yaxşı anlamaq imkanı əldə edəcəksiniz. Müsbət meyllərin təsiri güclü olacaq, amma bu, əsasən, emosional vəziyyətinizə təsir edəcək. Həftə ərzində yorulmuş bir çox Balıqlar sabitlik və proqnozlaşdırıla bilənlik şəraitində özlərini daha yaxşı hiss edəcək, daxili tarazlıqlarını bərpa edəcəklər.
Uzun müddətdir düşündüyünüz suallara cavablar tapılacaq, intuisiya isə baş verən hadisələrin əsl səbəblərini anlamaqda və onların arasındakı əlaqəni qurmaqda sizə kömək edəcək. Əvvəllər yalnız işarələr və yarımçıq cümlələr olan yerdə indi aydınlıq və dəqiqlik yaranacaq. Bu isə sizə planlarınızı sakit şəkildə düşünməyə və məqsədlərinizə necə çatacağınızı müəyyən etməyə imkan verəcək.(Bizimyol.info)
Nərmin Əliyeva, Cənub Press