Niyazabad haradadır və onun haqqında nələri bilirik?

Qədim və orta əsr mənbələrində, əfsanə və nağıllarda adı çəkilən, lakin bu günədək yeri və dəqiq koordinatları bəlli olmayan neçə-neçə qalalarımız, yaşayış məntəqələrimiz, o cümlədən Azərbaycanın iqtisadi və mədəni həyatında xüsusi yeri olan şəhərlərimiz olub. Hansı ki, lap yaxın keçmişimizədək elə qədim Qəbələ, Beyləqan və Mehrəvan kimi iri şəhərlərimizin də yeri və dəqiq koordinatları elm aləminə bəlli deyildi. Elə İnstitutun özündə də dəqiq yerini bilmədiyimiz neçə-neçə qədim və orta əsr şəhərlərimiz var. Bir çox yazılı qaynaqlarda adları çəkilən Yunan, Paytakaran, Şirvan, Sədun, Quştəsfi, Mahmudabad şəhərləri bu qəbildən olan Azərbaycan şəhərləridir.…

Davamını oxu