
Xidmət sahəsinin fəaliyyətinin daha səmərəli təşkili, məişət tullantılarının vaxtında toplanması və daşınması məqsədilə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr idarəsinə yeni zibil yığan maşın verilib. “KAMAZ” markalı 20 kubmetr tutumlu və 2025-ci il istehsalı olan avtomobil tullantıların avtomatik yığılması üçün hidravlik sistemlə təchiz olunub.
Cənub Press xəbər verir ki, məişət və digər tullantıların xüsusi konteynerlərdən yığılaraq poliqona daşınması üçün nəzərdə tutulan yeni texnika ilə təminat əhalinin məişət şəraitinin yaxşılaşdırılmasına, ətraf mühitin təmizliyinin qorunmasına və iş prosesinin operativliyinin artırılmasına xidmət edir.
Əhalimizi məişət tullanrılarının ayrılan zibil qutularına atmasına, şəhərimizin estetik görüntüsünə və ekoloji cəhətdən çirklənməsinə qarşı birgə mübarizə aparmağa səsləyirik.
Nərmin Əliyeva, Cənub Press