
Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr Ankarada jurnalistlərə bildiriblər ki, Türkiyəyə tədarük edilən Rusiyanın S-400 hava hücumundan müdafiə raket sistemləri Türkiyə ordusunun xidmətində qalır və onlarla bağlı mövqeyində heç bir dəyişiklik olmayıb.
Cənub Press xəbər verir ki, “S-400 hava hücumundan müdafiə sistemləri ordumuzda xidmətdədir. S-400-lə bağlı mövqeyimiz dəyişməyib”, – deyə mənbələr bildiriblər.
S-400-lərin Rusiyaya qaytarıla və ya yenidən satıla biləcəyi ilə bağlı daha əvvəl mətbuatda yayılan xəbərlərə nazirliyin cavabı belə olub.
Amerikanın “The National Interest” (TNI) jurnalının köşə yazarı Peter Suciu yazır ki, Rusiya Türkiyə ilə S-400-lərin alınması üçün danışıqlar apara bilər: “2017-ci ildən bəri toxunulmaz qalan S-400 sistemləri Rusiyaya Ukraynada məhv edilmiş raket batareyalarını tez bir zamanda dəyişdirməyə və Türkiyənin Fjet-35 qırıcı proqramında iştirakını bərpa etməyə imkan verə bilər”.
Müəllif xatırladır ki, məhz S-400-lərin alınmasına görə Türkiyə tərəfi Amerikanın beşinci nəsil F-35 qırıcı proqramından çıxarılıb, çünki Vaşinqtonun iddia etdiyi kimi, iki platforma bir-biri ilə uyğun gəlmir.(Oxu24.com)
Nərmin Əliyeva, Cənub Press