
Qoç
Əməlli-başlı çalışmalı olacaqsınız. Hazır olun ki, bu gün heç nə öz-özünə yaxşı nəticələnməyəcək. Daha çox ehtimal olunur ki, məqsədinizə çatmaq üçün səy göstərməli olacaqsınız. Amma fövqəltəbii bir səydən söhbət getmir – sadəcə yaxşı bacardığınız işləri görmək kifayət edəcək. Üstəlik, köhnə tanışlar kömək etməyə həvəslə razılaşacaqlar. Amma son zamanlar tanış olduğunuz insanlardan dəstək gözləmək düzgün olmaz – belə adamlar sizə istəmədən zərər verə və ya sizi çətin vəziyyətdə qoya bilərlər.
Ailə tədbirləri yaxşı keçəcək. Əgər əvvəllər qohumlarla aranızda anlaşılmazlıqlar olubsa, bu gün onları yoluna qoymaq, ortaq dil tapmaq və vacib məsələlər barədə razılığa gəlmək mümkün olacaq. Gün həm də həm əvvəlcədən planlaşdırılmış, həm də ani qərarla baş tutan səfərlər üçün münasibdir. Bu gündən başlayan romantik səyahət isə çox xoş keçəcək.
Buğa
Maliyyə məsələləri ilə maraqlanan və ya şəxsi biznesini inkişaf etdirməyi düşünən Buğalar bu gün xoş xəbərlərlə sevinc yaşayacaqlar. Pul ilə bağlı problemləri tez bir zamanda həll etmək, nüfuzlu şəxslərin dəstəyini qazanmaq və yaxın gələcəkdə gəlir gətirəcək sövdələşmələr bağlamaq şansı olacaq.
Əgər yeni tanışlıqlara hazırsınızsa, qeyri-adi tədbirlərə qatılmaq təklifindən imtina etməyin. Bu gün çox fərqli insanlarla ünsiyyət qurmaq üçün münasibdir. Sizdən tamamilə fərqli olanlarla belə dil tapmaq və dostlaşmaq mümkün olacaq. Hətta həyəcanverici romantik münasibətlərin başlanğıcı da istisna deyil.
Əkizlər
Ünsiyyətdə gözlənilməz çətinliklər yarana bilər. Əvvəllər asanlıqla yola getdiyiniz insanlar bu gün sizi səhv anlayacaq, xırda şeylərə görə inciyəcək və ya günahsız zarafatlara belə əsəbiləşəcəklər. Ciddi münaqişələrdən yayınmaq mümkün olacaq, amma xırda incikliklər olmadan bu şənbə keçməyəcək. Bununla belə, gərgin atmosfer əsasən günün birinci yarısında müşahidə olunacaq. Axşama doğru vəziyyət sakitləşəcək və yaranan narahatlıqları aradan qaldırmaq daha asan olacaq. Məhz buna görə də vacib söhbətləri günortadan sonraya saxlamaq daha yaxşıdır.
Bu gün vacib və mürəkkəb işlərlə məşğul olan Əkizlər çətinliklərlə üzləşə bilər. Belə işlərdə gecikmələr mümkündür. Üstəlik, əvvəlki üsullar bu dəfə effekt verməyə bilər, buna görə də yeni həll yolları tapmağa hazır olun.
Xərçəng
Əldə olunması çətin görünən hədəflərə çatmaq istəyirsiniz? Elə isə bu gün bunu sınamağa dəyər. Gün həm yeni başlanğıclar, həm də köhnə işlərin tamamlanması üçün uyğundur. Hətta ən mürəkkəb problemlərin öhdəsindən gələ, çətinlikləri nikbinliyiniz və pozitiv münasibətiniz sayəsində aşa biləcəksiniz. Bu səbəbdən ətrafınızdakı insanlar sizə meyl edəcəklər. Xoş tanışlıqlar və həyatınızda önəmli rol oynaya biləcək görüşlər mümkündür. Bəzi Xərçənglər peşman olduqları münasibətləri bərpa edə biləcəklər.
Gün alış-veriş və sövdələşmələr, maliyyə məsələlərinin həlli üçün də əlverişlidir. Son zamanlar şəxsi biznes haqqında düşünən Xərçənglər qeyri-müəyyən fikirlərdən konkret planlara keçid edə biləcəklər.
Şir
Təkcə sizin üçün deyil, başqaları üçün də vacib olan mürəkkəb bir işin öhdəsindən gəlmək vaxtıdır. Bu gün başqalarına kömək etmək, ədaləti bərpa etmək və çətin vəziyyətdə olanları dəstəkləmək üçün çox münasibdir. Məhz bu cür fəaliyyətlər sizi ruhlandıracaq, böyük həvəs və enerji ilə məhz bu cür işlərə girişəcəksiniz. Bu da diqqətdən yayınmayacaq. Əvvəllər sizi eqoizmdə günahlandıran insanlar nə qədər yanıldıqlarını anlayacaq və sizə qarşı münasibətləri dəyişəcək.
Bu gün yeni nəsə sınamaq üçün də münasibdir. Eksperimentlər istədiyiniz nəticəni verəcək, sərf olunan zəhmət hədər getməyəcək. Yeni bir şey öyrənmək, faydalı təcrübə qazanmaq və sizi uzun müddət narahat edən suallara cavab tapmaq imkanı yaranacaq.
Qız
Bu həftə görmək istəyib də tamamlaya bilmədiyiniz işləri xatırlayın. Bu gün həmin işləri yoluna qoymaq üçün olduqca münasib gündür, istər onlar darıxdırıcı, istər çətin, istərsə də yorucu görünsün. Qeyd edək ki, bütün bu problemləri təkbaşına həll etməyiniz vacib deyil. Yanınızda sizə kömək etməyə hazır insanlar var – onlara bu imkanı verin.
Pul ilə bağlı məsələlərdə bəxt sizin tərəfinizdə olacaq. Yaxşı qazanc əldə etmək və ya uzaq gələcəkdə ciddi gəlir gətirəcək bir razılaşma bağlamaq şansı yaranacaq.
Tərəzi
Artıq söz danışmayın. Bu gün sirrləri və ya etibarlı mənbədən əldə etdiyiniz dəyərli məlumatları başqaları ilə paylaşmaq üçün uyğun deyil. Şayiə yaymaq olmaz və ən yaxşısı qeybətçilərdən uzaq durmaq, onlara danışacaq mövzu verməməkdir.
Bu gün bir çox Tərəzilər adət etdiklərindən daha əsəbi olacaqlar. Adətən başqalarını barışdıran, kəskin münasibətləri yumşaldan bu bürcün nümayəndələri bu dəfə özləri münaqişələrə səbəb ola bilərlər. Ətrafdakılar bu davranışdan xoşhal olmayacaq, bəziləri isə ciddi şəkildə inciyəcək. Əlbəttə, vəziyyəti düzəltmək üçün yol tapacaqsınız, amma bu bir az vaxt alacaq.
Pul gəlişi gözlənilir. Düzdür, bu böyük məbləğ olmayacaq, amma məhz yerində gələcək və sizə çox lazım olacaq.
Əqrəb
Əgər nə özünüzün, nə də başqalarının həyatını çətinləşdirməsəniz, bu gün pis keçməyəcək. Harada ki, sadə bir yol var, orada xüsusi çətin variant axtarmayın. Sizi çoxdan tanıyan insanların məsləhətlərinə qulaq asmağa dəyər. Böyük ehtimalla, məhz onların tövsiyələri sizi səhvlərdən qoruyacaq və sonradan peşman olacağınız addımlardan çəkindirəcək.
Yeni işlərə başlamaq olar, amma əvvəlcə başladığınız işləri tamamlamaq daha məntiqlidir. Bu, artıq ehtiyac olmayan tələskənlik və qarışıqlıqdan yayınmağa, ardıcıl şəkildə hərəkət etməyə imkan verəcək. Sənədləşmə ilə məşğul olan və ya dövlət qurumlarına üz tutan Əqrəblər bəzi gözlənilməz gecikmələrlə üzləşə bilərlər.
Oxatan
Bu gün ağlınıza gələcək fikirlərə diqqət yetirin. Böyük ehtimalla, onlar uğurlu olacaq, baxmayaraq ki, əvvəlcə bir çoxları bu barədə şübhə edəcək. Tənqidi fikirlərə sakit yanaşmağa çalışın. Ola bilsin, indi bu sözlər sizə mənasız gəlir, amma sonradan onların içində məntiqli fikirlər olduğunu da görə bilərsiniz.
Pul məsələlərində intuisiyanıza güvənə bilərsiniz: bu gün instinktiniz çox iti olacaq. Əslində, bu, daşınmaz əmlakla bağlı məsələlərə, hüquqi fikir ayrılıqlarına və ailə işlərinə də aiddir. Bir çox insanlar üçün siz nümunə olacaqsınız, amma kimsə sizi təqlid etməyə çalışsa, sizin qədər uğur qazanması çətin olacaq.
Oğlaq
Təkcə başqaları ilə yaxşı münasibət qurmayacaqsınız, həm də kimə güvənmək, kimdən uzaq durmaq lazım olduğunu ilk baxışdan anlayacaqsınız. Buna görə də bu gün yardımçı və tərəfdaş seçmək, birgə fəaliyyət barədə razılığa gəlmək üçün çox münasibdir. Liderlik bacarıqlarınız bu gün xüsusilə parlayacaq və bu, ətrafınızdakılara xoş təsir edəcək. Paylaşdığınız ideyalar isə hətta skeptikləri belə ruhlandıra biləcək.
Bu gün təsadüfi tanışlıq sevgi hekayəsinin başlanğıcına çevrilə bilər. Amma münasibətlər düşündüyünüz qədər hamar və asan inkişaf etməyəcək. Qarşı tərəfin nə hiss etdiyini, nə istədiyini və sizdən nə gözlədiyini anlamaq üçün bir az zaman lazım olacaq.
Dolça
Əgər şənbə günü işləmək istəsəniz, özünüzə bu imkanı verin. Peşəkar baxımdan gün çox uğurludur və ulduzlar zəhmət çəkməyə hazır olanlara dəstək vəd edir. Üstəlik, bu işi tək görməyəcəksiniz: həm yoldaşlıq edəcək, həm də sizə kömək və məsləhət verəcək insanlar tapılacaq.
Xüsusilə fəal Dolçalar yeni gəlir mənbəyi tapmaq şansı əldə edəcəklər. Uğurlu razılaşmalar da mümkündür. Əvvəllər biznesə heç maraq göstərməyən Dolçalar belə bu gün yüksək sahibkarlıq bacarığı nümayiş etdirəcəklər.
Balıq
Günə başqalarının öhdəsindən gələ bilmədiyi işlərlə başlayın. Siz yaradıcı yanaşmanız və qeyri-adi baxış bucağınız sayəsində uğur qazana biləcəksiniz. Bəzi Balıqlar isə uzun illər əvvəl qazandıqları təcrübədən faydalana biləcəklər. Məhz bu təcrübə sayəsində çətinlik yaradan məsələyə sadə, amma effektiv həll tapacaqsınız.
Hobbilərinizə və ya sizi ruhlandıran bir məşğuliyyətə vaxt ayırmağa çalışın – bu, yeni də ola bilər, tanış da. Müsbət emosiyalar sizə enerji verəcək və bir çox tanış şeylərə yeni gözlə baxmağınıza imkan yaradacaq. Bəzi Balıqlar həyatlarında nəyi dəyişmək istədiklərini anlayacaq və bunu necə edəcəklərini də planlaşdıracaqlar. (Bizimyol.info)
Nərmin Əliyeva, Cənub Press