
Sentyabrın 4-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə “Cənub Press” -ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Biləsuvar, Sabirabad və Cəlilabad rayonlarında fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Nərmin Fəxrəddinqızı