Biləsuvarda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənən yeni tikiş fabriki bu gündən rəsmi olaraq fəaliyyətə başlayıb. Bu mühüm tədbir, bölgədə sənayenin inkişafını və iş yerlərinin yaradılmasını hədəfləyir.
Bu layihə, KOBİA-nın yerli bizneslərə göstərdiyi dəstəyin konkret bir nümunəsidir. KOBİA, mikro, kiçik və orta sahibkarlara müxtəlif maliyyə və qeyri-maliyyə dəstəyi göstərməklə onların inkişafını təmin edir. Bu dəstək mexanizmləri arasında güzəştli kreditlər, məsləhət və təlim xidmətləri, sərgi və biznes forumlarına qatılma imkanları, eləcə də innovativ biznes həlləri və texnologiyaların tətbiqi daxildir. KOBİA-nın məqsədi, ölkə iqtisadiyyatının inkişafına və sahibkarlığın rəqabət qabiliyyətinin artırılmasına töhfə verməkdir.
Yeni müəssisə, Biləsuvar rayonu, Heydər Əliyev pr. 53 ünvanında yerləşir və təqribən 900-1000 m² istehsalat sahəsinə malikdir.İlk olaraq 15-25 nəfərlik işçi heyəti ilə fəaliyyətə başlayacaq fabrikin gələcəkdə işçi sayını 70-80 nəfərə qədər artırması gözlənilir.
Tikiş sexində istehsalat ərazisi ilə yanaşı, sanitar qovşaqlar, mətbəx, ofis və anbar kimi müxtəlif infrastruktur sahələri də mövcuddur. Bu müəssisə, həmçinin ekoloji baxımdan zərərli tullantılar yaratmır və ətraf mühitə heç bir mənfi təsir göstərmir.
KOBİA tərəfindən dəstək olunmuş sahələr:
- Dövlət dəstək mexanizmləri sahibkarın diqqətinə çatdırılmışdır.
- DMA ilə əlaqələndirmə aparılıb peşə hazırlığı kursu cəlb edilib.
- Sahibkara istehsal fəaliyyətini həyata keçirmək üçün obyektin tapılması.
- Sahibkarla birlikdə Biləsuvar RİH-nin başçısı Faiq Qürbətovla üçtərəfli görüş keçirilib.
- 50 000 AZN güzəştli kreditin (SİF vəsaiti) ayrılması məqsədi ilə “Rabitə Bank ” ASC ilə əlaqələndirilib və məbləğ əldə edimişdir.