251 nömrəli tam orta ümumtəhsil məktəbində “İngilis dili ilə qlobal imkanlara açılan qapı” qrant layihəsi çərçivəsində növbəti təlim uğurla həyata keçirilmişdir. Layihənin rəhbəri məktəbin müəllimi Təranə Muxtarovadır.
Layihənin əsas məqsədi 6–9-cu siniflərdə təhsil alan 30–40 nəfərlik şagird qrupunun danışıq və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, onların beynəlxalq təhsil və karyera imkanlarından daha səmərəli yararlanmasına şərait yaratmaqdır.
72 saatlıq intensiv təlim proqramı çərçivəsində keçirilən məşğələlərdə şagirdlər interaktiv metodlar vasitəsilə aktiv ünsiyyətə cəlb olunur, danışıq, yazı və təqdimat bacarıqlarını inkişaf etdirirlər. Təlim zamanı iştirakçıların praktik dil vərdişlərinin formalaşdırılmasına xüsusi diqqət yetirilir.
Qeyd edək ki, təlimlər xarici və yerli müəllimlərin birgə iştirakı ilə davam etdirilir ki, bu da şagirdlərin real dil mühitində ünsiyyət bacarıqlarının inkişafına mühüm töhfə verir.

