“Riyaziyyat Dahiləri – istedadlı şagirdlər üçün olimpiada hazırlığı” qrant layihəsi davam edir.
Layihə çərçivəsində 8–9-cu sinif şagirdlərinin Respublika Fənn Olimpiadalarına (RFO) hazırlanması, onların analitik və məntiqi düşünmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də qeyri-standart məsələlərin həlli vərdişlərinin formalaşdırılması məqsədilə mərhələli təlimlər keçirilir.
Təlimlərdə olimpiada tipli məsələlərin izahı, mövzular üzrə müxtəlif çətinlik səviyyəli tapşırıqların həlli, sınaq testləri və əvvəlki illərin RFO suallarının təhlili aparılır. Şagirdlərin inkişafı mütəmadi olaraq qiymətləndirilir.
Layihənin məqsədi şagirdlərin riyazi bilik və bacarıqlarını artırmaq, olimpiada hazırlığını sistemli şəkildə təşkil etmək və riyaziyyata marağı gücləndirməkdir.
Layihə Cəfərov Əli tərəfindən Şirvan şəhər Kimya-Biologiya Təmayüllü Liseyində və şəhərin ümumi təhsil müəssisələrində həyata keçirilir.


