“İngilis dili üzrə bilik və bacarıqların tətbiq vasitəsilə inkişaf etdirilməsi” layihəsinin icrası davam edir.
Layihənin icra planına uyğun olaraq şagirdlər üçün təlimlərə start verilib. Təlimdən öncə sorğu və müsahibələr vasitəsilə şagirdlərin ingilis dilini öyrənərkən rastlaşdıqları çətinliklər müəyyənləşdirilib, həmçinin şagirdlərə pre-test tətbiq edilib və bu nəticələr əsasında strateji təhlil aparılıb. Təlimlərdə 6-8-ci sinif şagirdləri iştirak edəcək.
Qeyd edək ki, layihənin məqsədi Duolingo platformasının imkanlarından istifadə edərək məktəbimizin 6-8-ci sinif şagirdlərinə ingilis dilinə maraq yaratmaq, onları motivə etmək, dil kompetensiyalarını artırmaq və IX sinif buraxılış imtahanlarında daha yüksək nəticələr əldə etmələri üçün repetitorların Duolingo proqramı ilə əvəzlənməsini təmin etməkdir.
Xatırladaq ki, layihə Səfərova Rumiyyə tərəfindən Bakı şəhər 69 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilir.

