Piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin minimuma endirilməsi, hərəkət intizamını möhkəmləndirmək məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Piyadalar, diqqətli olun!” adlı profilaktik tədbir təşkil olunub.
Cənub Pess xəbər verir ki, tədbir çərçivəsində piyadalarla maarifləndirici söhbətlər aparılıb. Onlara diqqətli, məsuliyyətli və ehtiyatlı davranmağın vacibliyi xatırladılıb, piyada keçidlərindən düzgün istifadə və işıqforun tələblərinə əməl etməyin əhəmiyyəti izah edilib.
Edilən xəbərdarlıqlara baxmayaraq yol hərəkəti qaydalarını pozan piyadalar barəsində inzibati tənbeh tədbiri görülüb.
Bir daha diqqətə çatdırılıb ki, qaydalara əməl etmək həm piyadaların, həm də sürücülərin təhlükəsizliyinin əsas təminatıdır.
