Qar yağacaq, 22 dərəcə şaxta olacaq – Bu günün havası

Dekabrın 16-da gözlənilən hava proqnozu açıqlanıb. “Cənub Press” xəbər verir ki, bu barədə  Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-9° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 50-55% olacaq. Dekabrın 16-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı…

Davamını oxu

Polis Akademiyasına sənəd qəbulu BAŞLADI

Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına “Hüquqşünaslıq” ixtisası (III qrup) üzrə əyani təhsilə 500, “İnformasiya təhlükəsizliyi” ixtisası (I qrup) üzrə isə 25 kursantın qəbulu üçün müsabiqə elan edilib. Bu barədə “Cənub Press”ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda və həqiqi hərbi xidmətə yararlı olan, buraxılış sinfində (11-ci sinifdə) oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18…

Davamını oxu

Bürclər 17 dekabr, 2024-cü il

17 dekabr, 2024-cü il tarixi üçün ulduz falını təqdim edirik.   Qoç İlk cəhddə hər şey nəticə verməyəcək. Bir çox Qoç çox çalışqan olmayacaq, bu da kiçik, lakin xoşagəlməz maliyyə itkilərinə səbəb ola bilər. Vədlərinizə əməl etdiyinizə əmin olun, əks halda başqaları ilə münasibətlərinizin pisləşməsi ehtimalı yüksəkdir. Mühüm işlərə başlamamalısınız; başladığınız işi başa çatdırmaq və gündəlik işlərlə məşğul olmaq daha müdrikdir. Emosiyaların öhdəsindən gəlmək getdikcə asanlaşacaq. Yeni dostluqlar qura və ya hətta romantik hekayəyə başlaya biləcəksiniz. Buğa Gününüzü vacib işlərlə başlamayın. İlk cəhddə hər şey nəticə verməyəcək. Ətrafınızdakı mühit ən…

Davamını oxu

Apreldən 4 günlük iş həftəsi tətbiq ediləcək

Yaponiya hökuməti məhsuldarlığı və ailə institutunu gücləndirmək üçün iş vaxtını dörd günə endirib. “Cənub Press”  Publika.az-a istinadla xəbər verir ki, Tokio Bələdiyyəsi tərəfindən edilən açıqlamada, aprel ayından etibarən dörd günlük iş qaydasının tətbiq ediləcəyi açıqlanıb. Yaponiyanın paytaxtı Tokioda doğum nisbətinin artırılması üçün dörd günlük rejimi tətbiq edilir. Həmçinin övladları ibtidai sinifdə oxuyan valideynlərə də işdən vaxtından əvvəl çıxmağa icazə veriləcək. Bu imtiyazdan yararlanmaq istəyənlərin maaşlarında ixtisarlar olacaq. Uzun illərdir ki, Yaponiya hökumətinin gəncləri evlənməyə və ailə qurmağa təşviq etmək səylərinə baxmayaraq, doğum faizi azalmağa davam edir. Qeyd edək ki, yaşı…

Davamını oxu

Biləsuvarda yol qəzası olub, iki qardaş xəsarət alıb

Biləsuvar rayonunda ağır yol-nəqliyat hadisəsi baş verib. “Cənub Press” xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə,  minik avtomobillərinin toqquşması nəticəsində rayonunun İsmətli kənd sakinləri olan iki qardaş Əfqan Qarayev və Nadir Qarayev xəsarət alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Davamını oxu

Azərbaycanda islam dövrü arxeologiyası: REALLIQLAR VƏ HƏDƏFLƏR

“Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti   İslam dininin meydana gəlməsi, İslam idealogiyası bayrağı altında formalaşan Xilafət imperiyası, bu imperiya tərəfindən dünyanın geniş ərazilərinin istilası ümumdünya tarixində keyfiyətcə yeni mərhələnin  başlanğıcı oldu. Bu isə dünyanın geniş bir hissəsini əhatə edən xalqların və mədəniyyətin transformasiyası, ənənələrin qarşılıqlı surətdə zənginləşməsi, daha da inkişaf etməsi demək idi. Təbiidir ki, İslamın erkən yayıldığı ölkələrdən biri olaraq Azərbaycan da bu proseslərin içində idi. Beləliklə, yeni tarixi dövrün tələblərinə  uyğun olaraq Azərbaycan şəhərlərinin ruhu və siması sürətlə dəyişərək, yeniləşərək…

Davamını oxu

Cəlilabad rayonuna mövsümün ilk qarı yağıb

Dekabrın 14-də səhər saatlarından etibarən Cəlilabad rayonuna mövsümün ilk qarı yağmağa başlayıb. “Cənub Press” xəbər verir ki, qar əsasən rayonun dağlıq ərazilərinə daha çox yağıb. Kəndlərdə qar örtüyünün hündürlüyü 5 santimetr, rayon mərkəzində isə 3 santimetr təşkil edir. Qar nəqliyyatın hərəkətinə heç bir maneə yaratmayıb. Yollar tam açıqdır və nəqliyyat vasitələrinin hərəkəti təhlükəsiz şəkildə davam edir.

Davamını oxu