2025-ci ildə Astara rayonunda Kənd təsərrüfatının ümumi məhsulu 5,7 faiz artıb
Cənub Press xəbər verir ki,2025-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 148095,2 min manat təşkil etmişdir ki, onun da 65758,7 min manatı və ya 44,4 faizi heyvandarlıq, 82336,5 min manatı və ya 55,6 faizi isə bitkiçilik məhsullarının payına düşür.
2024-cü illə müqayisədə kənd təsərrüfatının istehsalı 5,7 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,8 faiz, bitkiçilik məhsulları üzrə isə 9,2 faiz artmışdır.
