
Cəlilabad rayonunun Göytəpə şəhər Vasif Hüseynov adına 2 nömrəli tam orta məktəbin idman zalında Lənkəran-Astara Regional Gənclər və İdman idarəsi və Ümüd Qasımzadə adına Ağır Atletika İdman Klubunun birgə təşkilatçılığı ilə şəhid ağırlıqqaldıran Ümüd Qasımzadənin xatirəsinə həsr olunan rayon turniri keçirilib.
Cənub Press xəbər verir ki, açılış mərasimi Dövlət Himninin səslənməsi ilə başlanıb. Daha sonra Vətən müharibəsi şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Yarışın nəticəsinə uyğun olaraq qaliblərə diplom və medallar təqdim olunub.
Tədbirdən sonra Ümüd Qasımzadənin məzarı ziyarət edilib.
Nərmin Əliyeva, Cənub Press