
Bu gün Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, sevilən aktrisa Aynur Əhmədova yubiley yaşını qeyd edir.
Cənub Press xəbər verir ki, teatrın rəhbərliyi və kollektivi aktrisanı təbrik edərək onun zəngin yaradıcılıq fəaliyyəti, səhnəyə gətirdiyi yaddaqalan obrazları, sənətə bağlılığı və tamaşaçı sevgisi qazanan peşəkarlığının Azərbaycan teatr sənətinin inkişafına dəyərli töhfə olduğunu vurğulayıb.
Aktirisanın uzun illər ərzində teatr sənətinə göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. Eyni zamanda, gələcək fəaliyyətində də uğurlarının davamlı olacağına, sənət yolunun yeni nailiyyətlərlə zənginləşəcəyinə inam ifadə olunub.
Kollektiv adından Aynur Əhmədovaya möhkəm sağlamlıq, yaradıcılıq uğurları və uzun ömür arzulanıb.